Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.
"Unikal" xəbər verir ki, əvvəlcə meydana “Şamaxı” və “Kəpəz” komandaları çıxacaqlar. Şamaxı şəhər stadionunda təşkil olunacaq matçın start fiti 14:30-da səslənəcək.
“Şamaxı” kollektivi 13 xalla turnir cədvəlində 7-ci, aktivində 7 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.
Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq. “Zirə” 20 xalla 5-ci, “Sumqayıt” isə 16 xalla 6-cı yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 1-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















