Icma.az
close
up
RU
Misli Premyer Liqasında yerlilərin yeri STATİSTİKA

Misli Premyer Liqasında yerlilərin yeri STATİSTİKA

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında legioner limitinin ləğvinin bəzi futbol mütəxəssislərində və futbolçularda yerli futbolçuların inkişafının qarşısını alacağı narahatlığı, bəzilərində isə əksinə, onların inkişafına güman yaradır.

Bəs limit dövründə komandalar yerli futbolçuların imkanlarından nə dərəcədə yararlanıblar və legioner oynatmaq imkanlarından tam istifadə ediblərmi?

İdman.biz bu məsələyə aydınlıq gətirmək üçün cari çempionatın ötən 21 turunda komandaların start heyətlərinin statistik göstəricilərini nəzərdən keçirib.

Hazırkı limitli reqlamentə görə eyni vaxtda meydanda ən çox 7 əcnəbi futbolçu oynaya bilər. O cümlədən də start heyətində baş məşqçi ən azı 4 yerli futbolçu oynatmalıdır.

21 turda start heyətində legioner oynatmaq imkanlarından yalnız “Araz-Naxçıvan” və “Sabah” tam istifadə edib. Yəni bu komandalar bütün oyunlarda startda 7 legioner, 4 yerli futbolçu meydana çıxarıblar. “Şamaxı” və “Kəpəz” orta hesabla hər oyuna 4,3 yerli futbolçunu start heyətinə salıblar. “Zirə”də bu rəqəm 4,4, çempionatın lideri “Qarabağ”da 4,8-dir. Burada vətəndaşlığı olan bütün futbolçular, o cümlədən milliləşdirilmişlər də nəzərə alınır.

Yerli futbolçulara ən çox yer verən komandalar isə “Sumqayıt” və “Səbail”dir. Sumqayıtlılarda start heyətində yerli futbolçuların orta göstəricisi 6,3, paytaxt təmsilçisində isə 6,5-dir.

Startda daha çox Azərbaycan futbolçusuna şans verən komanda “Neftçi”dir. “Flaqman”ın 14 belə futbolçusunun hamısı ilk “11-lik”də yer alıb. “Turan Tovuz” cari çempionatda meydana buraxdığı 13 yerli futbolçusundan hamısına, “Səbail” isə 15-indən 13-nə belə şans verib.

İlk “11-lik”də ən az görünən “Araz-Naxçıvan” futbolçularıdır. Komandanın forma geyinən 12 yerli futbolçusundan cəmi 8-nin ilk dəqiqələrdən meydana çıxmaq imkanı olub. Rəşad Sadıqov “Zirə”nin meydana çıxan 10 yerli futbolçusunun hamısına startda etibar edib.

Çempionatda 21 oyunun hamısında və ya 20-sində meydana oyunun əvvəlindən çıxmaq imkanı olan 5 futbolçu yalnız “Sumqayıt” və “Şamaxı”dadır. Bunlar sumqayıtlılardan Mehdi Cənnətov (21), Murad Xaçayev (20) və Elvin Bədəlov (20), şamaxılılardan isə Rüfət Abbasovla (21) Rafael Məhərrəmlidir (20).

Digər komandalarda yerli oyunçulardan əsasən maksimum 18 və ya 19 dəfə starta çıxan futbolçular var. “Qarabağ”ın (Toral Bayramov) və “Kəpəz”in (Ehtiram Şahverdiyev və Rauf Hüseynli) rekordçularının 16 belə oyunu var.

“Səbail”də (6) və “Sumqayıt”da (5) start heyətində 15 və daha çox oyunda çıxan yerli futbolçuların sayı daha çoxdur. “Qarabağ” və “Zirə” isə cəmi 1 yerli futbolçusuna bu qədər oyunda şans verib.

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri