“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024cü il mövsümü yekunlaşıb
Icma.az, Anews portalına istinadən məlumat yayır.
Artıq iki ildir ki, "Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü uğurla başa çatıb. Fevral ayında start götürən liqa 10 ay boyunca intellektual mübarizə ilə dolu maraqlı turnirlərə ev sahibliyi edib. Ümumilikdə, 22 turnirdə 20-dən artıq müəllifin hazırladığı suallar səsləndirilib.
Maraqlı və rəqabətli mövsümün sonunda Peşəkar İntellekt Liqasının qalibi "Bersek” komandası olub. Bu komanda bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İkinci yerə "Dərələyəz”, üçüncü yerə isə "Malcon Y” komandası layiq görülüb. "Qış Kuboku”nda isə l yerə "Vendetta” komandası, ll və lll yerlərə isə müvafiq olaraq "Revolver” və "Oğuz” komandaları sahib çıxıblar.
Qaliblər "Misli” və təşkilatçılar tərəfindən kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Liqada top 10 müəllif "Misli”dən xüsusi hədiyyələr qazanıb.
Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası "Misli”nin sponsorluğu və "Consensus İntellektual Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilib. Layihənin növbəti ildə də davam etdirilməsi planlaşdırılır.www.anews.az
Baxış sayı:135
Bu xəbər 23 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















