Icma.az
close
up
RU
Misraları ilə yaşayan şair

Misraları ilə yaşayan şair

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Osman Sarıvəllinin vəfatından 36 il ötür...

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Osman Sarıvəlli yaradıcılığı ilə milli poeziyamızda özünəməxsus iz qoymuş şairlərdəndir.  O, 20-ci əsr Azərbaycan poeziyasının tanınmış simalarından biri kimi şeirlərində Vətən sevgisini, insanın mənəvi aləmini, zəhməti, dostluğu və həyat eşqini böyük sənətkarlıqla tərənnüm edib. Şairin poetik dili sadəliyi, səmimiyyəti və dərin lirizmi ilə seçilir. O.Sarıvəlli oxucunu düşündürən, həyata nikbin baxış aşılayan əsərləri ilə müxtəlif nəsillərin rəğbətini qazanıb.

Şair 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji Texnikumunda müəllim (1932-1935), Bakı Teatr Texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor və Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Osman Sarıvəlli uzun illər Azərbaycan poeziyasının inkişafında fəal iştirak edib. O, yalnız lirik şair kimi deyil, həm də tərcüməçi və publisist kimi məhsuldar yaradıcılıq yolu keçib. Müxtəlif xalqların ədəbi nümunələrini Azərbaycan dilinə çevirərək milli ədəbiyyatımızın zənginləşməsinə mühüm töhfə verib. Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

Onun “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Bahar çiçəkləri”, “İqlimdən iqlimə” kimi kitabları Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Şairin fəaliyyəti yüksək qiymətləndirilmiş və müxtəlif ali orden və mükafatlara layiq görülüb.

O, “Qırmızı Əmək Bayrağı” ordeni (1959),  “Şərəf Nişanı” ordeni (1963), “Xalqlar Dostluğu” ordeni (1975) , “Oktyabr İnqilabı” ordeni (1985) kimi təltiflərlə mükafatlandırılıb.

Şairin yaradıcılığında insan amili əsas yer tutur. Onun əsərlərində sadə insanların duyğuları, zəhmətkeş həyat tərzi, doğma yurda bağlılıq və yüksək mənəvi dəyərlər poetik ifadəsini tapır. Məhz bu xüsusiyyətlər Osman Sarıvəlli poeziyasını zamanın sınağından çıxaran əsas amillərdəndir.

1990-cı ilin iyulun 2-də vəfat edən Osman Sarıvəlli doğulduğu kənddə dəfn edilib.

Bu gün Osman Sarıvəllinin xatirəsi dərin ehtiramla yad edilir. Onun qələmə aldığı misralar Azərbaycan oxucusunun mənəvi dünyasında yaşayır, milli poeziyamızın qiymətli nümunələri sırasında öz layiqli yerini qoruyub saxlayır. Sözün qüdrətinə inanan, yaradıcılığı ilə milli-mənəvi dəyərlərimizi yaşadan Osman Sarıvəlli daim Azərbaycan ədəbiyyatının unudulmaz sənətkarlarından biri kimi xatırlanacaq.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri