Icma.az
close
up
RU
Misraları Araz kimi kükrəyən şair

Misraları Araz kimi kükrəyən şair

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tariyel Ümid – 80

Hələ 1986-cı ildə onun ilk şeirlər kitabı olan “Ağ günümün qanadları”nın Ön söz müəllifi Söhrab Tahir çoxdan tanıdığı və istedadına bələd olduğu şair haqqında yazmışdı: “Tariyel poetik ömrünün bir küncünə sığınıb, “bir şəlalə nəğməsinin” şələsini kürəyinə atıb, axtarış yollarında 15 il yorulmadan addımladı. Ədəbi məclislərdə, poeziya klublarında bir cüt gözə, qulağa, gözəlliklərin maqnit sahəsinə, müşahidə meydançasına çevrildi. İlk silsilə şeirləri çap olunanda oxucular gəlib məni təbrik etdilər. Özü qapı arxasında durmuşdu, utanırdı, bəlkə də, tərifdən qorxurdu...”.

Elə tərifə meyilli olmamasının nəticəsidir ki, artıq 80 yaşına çatan Tariyel Cəfər oğlu Pərdəşünas – Tariyel Ümid özünəxas təvazökarcasına yaşayıb-yaratmağındadır. Beləcə, ümidləri doğruldaraq, şair ömrünün yumağını yığa-yığa gedir.

Tariyel Ümid 1945-ci ilin dekabrında Güney Azərbaycanın Əhər şəhəri yaxınlığındakı Dürmüşkanlı kəndində demokrat inqilabçı ailəsində dünyaya göz açıb. 1 yaşında ailəsi Quzey Azərbaycana – Ağdama köçməyə məcbur olub. Burada məktəbi və mexanikləşdirmə texnikumunu, 1972-ci ildə isə Bakıda Politexnik İnstitutunun nəqliyyat fakültəsini bitirib. Ölkəmizin dəmir yolu sistemində 40 ilə yaxın qüsursuz və fədakar əmək yolu keçib. AJB-nin Jurnalist Sənətkarlığı İnstitutunda oxuyaraq publisistik məharətini yüksəldib. Bu gün Azərbaycan cəmiyyəti Tariyel Ümidi daha çox istedadlı şair-publisist, səmimi insan, Vətən həsrətli soydaşımız kimi tanıyır:

Bu tayda o taylı nəğmələrimi
Quşlar gəzdirirlər dimdiklərində.

Doğrudan da, həsrət duyğularını yalnız şairlər bu cür ifadə edə bilərlər. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan sənətkarın işıq üzü görən yüzlərlə şeiri, 4 kitabı ona geniş oxucu rəğbəti qazandırıb. Şairin fədai övladı olması bədii-publisistik yaradıcılığında özünü aparıcı xətt kimi göstərir.

Əməkdar jurnalist, İran Mühacirləri Cəmiyyətinin sədri Rəhim Hüseynzadə şair dostu barədə deyir:

– Tariyel 14 yaşından şeirlər qələmə alır. Əksər qəzet və jurnallarda imzasına rast gələrsiniz. 70-ci illərin əvvəllərində Xalq şairi Söhrab Tahir “Ulduz” jurnalında, Balaş Azəroğlu isə “Ədəbiyyat və incəsənət” qəzetində ona “Uğurlu yol” yazıblar. Tariyel “21 Azər” Hərəkatı ilə yaşıddır. Daim Pişəvəri idealları ilə nəfəs alıb. Həm boya-başa çatdığı, qayğısı ilə əhatə olunduğu Azərbaycana sadiqdir, həm də bu inqilabın ideallarına.

Əlavə edək ki, şairin şeir, hekayə və poemaları mərkəzi mətbuatda, “Çinar pöhrələri”, “El məhəbbəti”, “Ədəbi Şirvan”, “Odlu misralar”, “Parçalanmış millətin harayı”, “Səhər”, “Şəhriyar” və başqa ədəbi almanaxlarda çap olunub. Ayrı-ayrı illərdə “Ağ günümün qanadları”, “Bu da bir taledi”, “Mənim Gülüstanım”, “Yetmiş pilləkən” adlı kitabları işıq üzü görüb. 2015-ci ildə “Dədə Qorqud” Beynəlxalq mükafatına layiq görülüb. İranlı Mühacirlər Ədəbi Birliyinin sədri kimi fəal yaradıcılıq işi aparır.

Açılmayan arzular var qönçədi, daşdı,
Analar var, bacılar var gözləri yaşlı.
Araz kimi misralarım səbrimi aşdı,
Yazıldıqca şeirlərim məni göynədir...

Onun yaradıcılığının ana xəttini, əsas leytmotivini 3 ildən sonra 200 illiyi olacaq Türkmənçay müqaviləsinin xalqa vurduğu yaralar, qardaşı qardaşdan ayıran Arazın acı taleyi, birlik arzusu təşkil edir. Süleyman Rüstəmin, Məhəmmədhüseyn Şəhriyarın, Mir Cəlalın, Bəxtiyar Vahabzadənin, Söhrab Tahirin, Balaş Azəroğlunun, Əli Tudənin mənəvi xələfi olan Tariyel Ümidin Xudafərin timsallı misraları həsrətimizə körpü olmaq istəyinin bədii ifadələridir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, şair Vüqar Əhməd yazır: “Tariyel Ümidin “Köksüm elə genişlənib” şeirində biz tamam başqa bir dəst-xəttin, üslubun şahidi oluruq:

Danışaram sözlərimi,
Araz udub şahə qalxır.
Atılıram Araza mən,
İki sahil mənə baxır.

Bu olduqca poetik misralar şairin fikrini son dərəcə aydın ifadə edir, belə ki, hər bir oxucu şairin nə demək istədiyini çox asanlıqla qavrayır, artıq heç bir şərhə, fəlsəfi baxışların təhlilinə ehtiyac qalmır... O da öz sələflərinin yolunu ləyaqətlə davam etdirir, şeirimizə müasir üslub əlvanlığı, intellektual zənginlik, daha doğrusu, fərdi intelektual üslub gətirir”.

Yubilyar şairin bir şeirini oxucularımıza təqdim edirik:

Mənim ümid şeirim
Sən o biganəni alma eyninə,
Demə ki yox məni bir duyan kəsim.
Mən bir ümid şeiri yazıram sənə,
Bu ümid şeirimi oxu, əzizim.
Gözümdə izi yox kinin, yalanın…
Bircə baxışından nurlanar günüm.
Bəs belə ilahi gözü olanın
Ümidi olmazmı, gözünə dönüm?
Mənimçin ucasan bir zirvə kimi,
Sən kimin yerinə uca bilərsən?
Göyərçin əllərin ümid deyilmi?
Elə bu qanadla uça bilərsən.
Lap deyək tək çiçək yaylaqda qərib,
Yox bir oxşayanı, məhəl qoyanı.
O, elə ümiddir, dünyaya gəlib,
Baharlar ömrüdür, torpaq həyanı,
Bir tər çiçəyisən bizim çəmənin,
Gizlən, bənövşə ol - nəzərdə varsan.
Qapına ümidə gəlirik sənin,
Çən ümid qapını harda ararsan?
Ərit ürəyində, ərit o buzu,
Bənövşəm, yaza bax, başını qaldır.
Göylərin ən uzaq ümid ulduzu
Ovcunun içində yansa – xəyaldır.
Elə boş xəyalları alma eyninə,
Könlündə tel olub titrəsin səsim.
Mən bir ümid şeiri yazıram sənə,
Bu ümid şeirimi oxu, əzizim…

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri