Icma.az
close
up
RU
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalı, 1 oktyabr, AZƏRTAC

Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonunun Şuşakənd kəndinə köçürülən ailələrdən biri də Taryel Cəfərovun ailəsidir. Birinci Qarabağ müharibəsi zamanı doğma yurdundan məcburi köçkün düşən T.Cəfərov uzun illər Şəkidə yaşadıqdan sonra təxminən bir il əvvəl ailəsi ilə birlikdə Şuşakəndə qayıdıb.

Taryel Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ömrünün böyük hissəsini təhsil sahəsinə həsr edib. Uzun illər müəllim, daha sonra məktəb direktoru kimi fəaliyyət göstərib. Hazırda təqaüddə olan T.Cəfərov doğma yurda qayıtdıqdan sonra burada təsərrüfat yaradıb. O, iribuynuzlu mal-qara, ev quşları saxlayır, arıçılıqla məşğul olur.

Taryel Cəfərov deyir ki, köçkünlük illərində ən böyük arzusu doğma yurda qayıtmaq olub.

“Ötən 30 il biz çox çətin şəraitdə torpaq həsrəti ilə yaşadıq. Nəhayət Prezidentimizin rəhbərliyi və Ordumuzun şücaəti ilə torpaqlarımız azad olundu. Artıq arzularımız çin olub, bir ildir ki, biz bu gözəl diyarda – Şuşakənd kəndində yaşayırıq”, - deyə o bildirib.

Doğma yurda qayıdış Taryel Cəfərovun ailəsinin həyatında da yeni mərhələnin başlanğıcı olub. Ailədə təhsil ənənəsi də davam edir. Həyat yoldaşı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır. Qızı isə Xocalı şəhərindəki orta məktəblərdən birində ingilis dili müəllimidir.

Uzun illər məcburi köçkün həyatı yaşayan Taryel Cəfərov üçün doğma yurda qayıdış xüsusi məna daşıyır. O bildirir ki, illər sonra həsrətində olduğu torpaqda yaşamaq, burada öz təsərrüfatını yaratmaq və ailəsi ilə birlikdə gələcək üçün planlar qurmaq onun üçün böyük xoşbəxtlikdir.

Müxbir – Tahir Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri