Mitinq iştirakçıları parlament binasına zərər vurub Gürcüstan DİN
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Tbilisidə hökumət əleyhinə aksiya iştirakçıları parlament binasının pəncərə şüşələrini sındıraraq daş atıblar.
Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İctimaiyyətin nəzərinə çatdırırıq ki, mitinq başlayandan dərhal sonra etirazçılardan bəziləri zorakılığa əl atıb. O cümlədən, parlament binasının hasarları zədələnib, fasadındakı onlarla pəncərə şüşəsi daş və digər əşyalarla sındırılıb", - deyə qeyd olunub.
Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, aksiya iştirakçılarından bəzilərinin üzərindən pirotexniki vasitələr, daşlar və ağır əşyalar aşkar edilib. “Biz bir daha aksiyanın bütün iştirakçılarını qanunsuz hərəkətlərdən qaçaraq öz narazılıqlarını qanuni və sülh yolu ilə bildirməyə çağırırıq”, - deyə nazirlik vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 30 Noyabr 2024 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















