Icma.az
close
up
RU
“Mitinq iştirakçıları qışqırırdı ki, Prezident istefa verməsə, içəridəkilərə də divan tutacaqlar...”

“Mitinq iştirakçıları qışqırırdı ki, Prezident istefa verməsə, içəridəkilərə də divan tutacaqlar...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ayaz Mütəllibov: “3 ay möhlət lazımdır. Bu müddətdə Qarabağ böhranından da çıxacağıq, kadrları da... “Mayak” radiosu Azərbaycanda dövlət çevrilişi olduğunu elan edib, belə biabırçılıq kimə lazımdır? “İstefa” qışqıranlar 7 milyonluq xalq deyil axı? Belə zorakılığa yol vermək olmaz. Bu, üsyandır, çevrilişdir, “QKÇP”dir...”

Düz bir qərinə - 33 il öncə bu günlərdə  Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir.  

O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi bilavasitə iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb. 

Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

Mütəllibov: "Parlamenti saxlamışıq, burada, biz burada gecələmişik... İndi bir qrup adam gəlsin,  dava düşsün? Mən toqquşmanın tərəfdarı deyiləm... Ancaq mənim səlahiyyətim çatır... İstəməzdim ki, siz məni buna məcbur edəsiniz... Mən qoşunları buraya yığmaq istəmirəm, ancaq məcbur etməyin...”

(Əvvəli burada:)

İsa Qəmbərov Etibar Məmmədovun təklifini müdafiə etdi...

Prezidentin çıxışından sonra danışan İsa Qəmbərov iqtisadi islahatların ləngidilməsində, lazım olan vacib qanun və qərarların qəbulunun gecikdirilməsində, müdafiə işlərinin yarıtmaz təşkilində, torpaqların əldən getməsində, əhalinin qırılmasında  iqtidarı günahlandırdı. O, Prezidentin vədlər verib yerinə yetirmədiyini, yalnız MDB-yə daxil olmaq arzusunda olduğunu, Moskvadan asılı olduğu üçün müstəqil siyasət yeridə bilmədiyini pislədi və Etibar Məmmədovun Prezidentə etimadsızlıq göstərib hakimiyyətdən getməsi təklifinə tərəfdar olduğunu bildirdi.

Deputat Tofiq Qasımov Prezidentin rus imperiyasına xidmət etməsini ciddi tənqid etdi və onun istefa verməsini təxirəsalınmaz və vacib saydı. 

AXC-nin təşkilat qrupu deputatları binadan çıxmağa qoymurdu...

Artıq gecədən xeyli keçmişdi, deputatlar və aparat işçiləri yorulub əldən düşmüşdü, iclas zalında adamların sayı azalmışdı. Odur ki, iclasın davamını sabahkı günə keçirməli oldular. Deputatların xeyli hissəsi gecəni iclas zalında və yaxud deputat otaqlarında keçirməli oldu. AXC-nin parlamentdəki təşkilat qrupu deputatları Ali Sovetin binasından çıxmağa qoymurdu.  Binanın hər bir qapısının ağzında onlarla adam toplaşaraq binaya daxil olan və oradan çıxanları ciddi surətdə “öz qaydalarına” uyğun cəzalandırırdılar. “İcazəsiz” çıxan deputatlara qarşı zor işlədilir, təhqir və söyüşlər edilirdi. Axıra yaxın mitinq iştirakçıları binanı tam mühasirəyə almaqla pəncərələrdən qışqırırdılar ki, Prezident istefa verməzsə, içəridəkilərə də divan tutacaqlar. Belə bir şərait yaranmasına baxmayaraq hər hansı  bir qərara gəlinməli və sessiyada başlanan məsələnin bir nəticəsi olmalı idi...

Mütəllibov: “Bu dövlət çevrilişi deyil məgər?.. İstefa qışqıranlar 7 milyonluq xalq deyil axı...”

İclas artıq mart ayının 6-da davam etdirildi. Gecə boyu AXC ilə iqtidar arasında heç bir kompromis variant tapılmadı. Çıxış edən deputatlar müxtəlif barışdırıcı təkliflər versələr də, onlara qulaq asan olmadı. Təkrar tribunaya qalxan A.Mütəllibov dedi:

“... Bu, dövlət çevrilişi deyil məgər? Camaatı oraya yığmısınız, prezidentin istefasını tələb edirsiniz, mən də xalq tərəfindən seçilmiş prezidentəm. Bax, bütün gecə bu camaatı saxlamısıınız burada. Ehtiyat edib göstəriş vermirəm, axı belə olmaz. Bu, çevrilişdir... 

“Mən qoşunları buraya yığmaq istəmirəm...”

3 ay möhlət lazımdır. Bu müddətdə Qarabağ böhranından da çıxacağıq, kadrları da... “Mayak” radiosu Azərbaycanda dövlət çevrilişi olduğunu elan edib, belə biabırçılıq kimə lazımdır? “İstefa” qışqıranlar 7 milyonluq xalq deyil axı? Belə zorakılığa yol vermək olmaz. Bu, üsyandır, çevrilişdir, “QKÇP”dir... Prezidentə təsirlə istefasını tələb etmək o deməkdir ki, sabah digər prezidentlər olanda da çevrilişlər ediləcək. Belə olmaz axı... Parlamenti saxlamışıq, burada, biz burada gecələmişik... İndi bir qrup adam gəlsin,  dava düşsün? Mən toqquşmanın tərəfdarı deyiləm... Ancaq mənim səlahiyyətim çatır... İstəməzdim ki, siz məni buna məcbur edəsiniz... Mən qoşunları buraya yığmaq istəmirəm, ancaq məcbur etməyin...”

12 saat öncə sədr seçilmiş Yaqub Məmmədov gözlənilmədən istefa verdi...

Prezidentin ardınca çıxış edən Tofiq Qasımov Prezident istefasını elan etməsə, zalı tərk edəcəkləri barədə ultimatum verdi. Bu vaxt Ali Sovein sədri Yaqub Məmmədov  istefa verdiyini və öz səlahiyyətini dayandırdığını elan edərək sədr kürsüsünü tərk etdi. Artıq respublikada tam hakimiyyətsizlik və özbaşınalıq yarandı. Tribunaya çıxan Adil Hacıyev 12 saat bundan qabaq sədr seçilən Y.Məmmədovun bu hərəkətini tənqid etdi. Qarabağ məsələsinin müzakirəsi adı altıında Prezidentin istefasını tələb etməyi pislədi...

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 84-85) 

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri