Mixael Runkel: Azərbaycan torpaqları tezliklə minalardan təmizlənməlidir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Ümid edirəm ki, Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesini sürətləndirmək üçün effektiv həll yolu tapılacaq.
Bunu “Report”un Cəbrayıldakı müxbirinə almaniyalı səyyahı Mixael Runkel deyib.
“Mən minaların hələ də qaldığı dünyanın müxtəlif yerlərində olmuşam. Bu, əsl faciədir, çünki ilk növbədə mülki insanlar əziyyət çəkir. Mina öldürməsə də, şikəst edir və insan bütün həyatı boyu bundan əziyyət çəkir”, - o bildirib.
Səyyah minaların onilliklər boyu ölümcül qala biləcəyini vurğulayıb.
“Bu problemi həll etmək üçün beynəlxalq iradə və praqmatik yanaşma lazımdır. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bütün maraqlı tərəflərlə birlikdə minalardan təmizləmə prosesini sürətləndirmək üçün effektiv həll yolu tapa biləcək. Bu, təxirə salına bilməyən qlobal humanitar məsələdir”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















