Icma.az
close
up
RU
Mixail Qusmanın işdən çıxarılması: siyasi qərar, yoxsa təsadüf?

Mixail Qusmanın işdən çıxarılması: siyasi qərar, yoxsa təsadüf?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Rusiya artıq sadəcə coğrafi sərhədləri geniş, lakin mənəvi və siyasi baxımdan daralmış bir dövlətə çevrilməkdədir. Kreml rəhbərliyinin son davranışları göstərir ki, ölkə nə dövlətçilik prinsipləri, nə hüquq mədəniyyəti, nə də diplomatik etika ilə idarə olunur.

Əvəzində isə şəxsi kin, siyasi qisasçılıq və düşmənçilik meyarları Kreml siyasətinin əsas alətlərinə çevrilib. Bunun ən son və acı nümunəsi Azərbaycanın böyük dostu, məşhur media xadimi Mixail Qusmanın TASS agentliyindəki yüksək vəzifədən uzaqlaşdırılmasıdır.

Qusman sıradan bir jurnalist deyil, təkcə 30 ilə yaxın Rusiya informasiya məkanında aparıcı simalardan biri olmaqla qalmayıb, həm də Azərbaycanla Rusiya arasında mənəvi körpü rolunu oynayıb. Onun bu vəzifədən kənarlaşdırılması sadəcə kadr dəyişikliyi deyil, həm də Moskvanın hansı dəyərlərdən imtina etdiyini göstərən simvolik addımdır. Görünür, bu gün Kreml üçün istedad, sadiqlik və peşəkarlıq yox, şəxsi simpatiyalar və forumlarda görünmək meyarına uyğunluq əsas göstəriciyə çevrilib. 

Mixail Qusmanın vəzifədən uzaqlaşdırılması şəxsi haqsızlıq yox, çökməkdə olan bir rejimin daxili panikasının, özgə fikrə və dost səsinə dözümsüzlüyünün daha bir bariz ifadəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Əməkdar jurnalist Qulu Məhərrəmli bu qərarın onun bu yaxınlarda Şuşada keçirilən beynəlxalq forumda iştirakından sonra verilməsi diqqət çəkib və Rusiyanın siyasi dairələrində müəyyən rezonans doğurub:

"Azərbaycan ictimaiyyətində geniş tanınan Mixail Qusman Bakıda anadan olub, uzun illərdir Rusiya mediasında fəaliyyət göstərir. O, TASS agentliyində 30 ilə yaxındır ki, yüksək vəzifə daşıyır, "Hakimiyyət formulu" (Формула власти) adlı məşhur televiziya proqramının müəllifi və aparıcısıdır. Rusiyanın əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. Qusman, həmçinin Azərbaycanla bağlı məsələlərdə daim müsbət mövqeyi ilə seçilib".

Qulu Məhərrəmli, jurnalist

Qulu Məhərrəmlinin fikrincə, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Müdafiə Fonduna şəxsi vəsaiti hesabına 50 min avro ianə etməsi də ictimaiyyətin diqqətindən yayınmayıb:

"Onun vəzifədən uzaqlaşdırılması bir çoxları tərəfindən yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də siyasi mövqeyi və Azərbaycanla yaxın münasibətlərinə görə Kremlin mənfi münasibəti kimi dəyərləndirilir. Analitiklər bu addımı Rusiyada siyasi tolerantlığın və plüralizmin zəifləməsinin əlaməti kimi şərh edirlər. Belə yanaşmalar ölkədə şəxsi münasibətlərin və siyasi loyalizmin peşəkarlıqdan üstün tutulduğunu göstərən narahatedici tendensiya kimi qiymətləndirilir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri