Albert Rəfiyevə həsr olunan sənədli filmin təqdimatı keçirildi
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Diasporla İş üzrə Dövlət Komitəsində xaricdə yaşayan azərbaycanlı xalçaçı-rəssam Albert Rəfiyevin yaradıcılığına həsr olunmuş “Əsrin dərinliklərindən gələn ənənələr” adlı sənədli filmin təqdimatı keçirilib.
Gununsesi.info xəbər verir ki, filmin rejissoru Rufat Əsədovdur.
Təqdimatda iştirak edən Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək film haqqında fikirlərini iştirakçılarla bölüşüb. Deputat Albert Rəfiyevin yaradıcılığından danışaraq onun əsərlərini “unikal sənət nümunələri” kimi dəyərləndirib.
Onu da qeyd edək ki, deputat çıxışında Azərbaycan–İsrail münasibətlərinə də toxunub.
O, Azərbaycanda yaşayan yəhudi icmasının ölkənin siyasi, iqtisadi və mədəni həyatında oynadığı rolu yüksək qiymətləndirdiyini bildirib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 15 İyul 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















