Icma.az
close
up
RU
Mixeil Saakaşvili: İvanaşvilinin mafiyalaşmış klanı ölkə naminə göstərilən fadakarlığı, vətən sevgisini və vicdanlılığı belə cəzalandırır!

Mixeil Saakaşvili: İvanaşvilinin mafiyalaşmış klanı ölkə naminə göstərilən fadakarlığı, vətən sevgisini və vicdanlılığı belə cəzalandırır!

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan məhkəməsi sabiq prezident Mixeil Saakaşvilini dövlət büdcəsindən 9 milyon lari (təxminən 3,2 milyon dollar) vəsaitin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Azadlıq Radiosu”nun Gürcüstan xidməti məlumat yayıb.

Bundan əvvəl Saakaşvili xidməti səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. O, xaricdən vətənə qayıtdığı zaman saxlanılıb və 2021-ci il oktyabrın 1-dən həbsdədir. Məhkəmə hakiminin izahatına əsasən, Saakaşvili qalan üç il altı ay əvəzinə həbsdə əlavə altı il altı ay keçirməli olacaq.

Hökmün elan edilməsi məhkəmə zalında etirazlar və səslənən şüarlarla müşayiət olunub. Zalda olanlar hakimi “Bidzinanın qulu” adlandıraraq qərarın siyasi motivli olduğunu və hakim “Gürcü Arzusu” partiyasının qeyri-rəsmi lideri, oliqarx Bidzina İvanişvilinin maraqlarına xidmət etdiyini bildiriblər.

Saakaşvilinin müdafiəsi, həmçinin keçmiş hakim partiya olan “Vahid Milli Hərəkat” və digər müxalifət qrupları bu işin və çıxarılan hökmün siyasi xarakter daşıdığını iddia edirlər. Gürcüstanın hakim, Rusiyayönlü “Gürcü Arzusu” partiyası isə bundan əvvəl Saakaşvilinin partiyasının – “Vahid Milli Hərəkat”ın fəaliyyətini qadağan edəcəyini bəyan etmişdi.

Saakaşvili məhkəmənin hökmünə Facebook hesabından belə reaksiya verib:

“Bu, Gürcüstanı təslim etmədiyimə, əsrlər ərzində ilk dəfə uğurlu gürcü dövləti qurmağa cəsarət etdiyimizə verilən cavabdır. Mənim əleyhimə heç nə tapa bilmədikdə, prezident administrasiyasının rəsmi xərcləri səbəbilə mənə faktiki olaraq ömürlük həbs cəzası verdilər. İvanişvilinin mafiyalaşmış klanı ölkə naminə göstərilən fədakarlığı, vətən sevgisini və vicdanlılığı belə cəzalandırır!”

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Mart 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri