Icma.az
close
up
RU
MKA: Hazırda milyonlarla veb sayt təhlükə altındadır XƏBƏRDARLIQ

MKA: Hazırda milyonlarla veb sayt təhlükə altındadır XƏBƏRDARLIQ

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “PHP” proqramlaşdırma dilində aşkar olunmuş və “PHP2Shell” adlandırılan iki kritik təhlükəsizlik boşluğu barədə xəbərdarlıq edir.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, “PHP” – veb-saytların və veb-tətbiqlərin işləməsini təmin edən ən geniş yayılmış proqramlaşdırma dillərindən biridir. İnternetdəki veb-saytların böyük hissəsi bu dil əsasında fəaliyyət göstərir. Bura “WordPress”, “Joomla”, “Drupal” kimi məşhur məzmun idarəetmə sistemləri (CMS), onlayn mağazalar, elektron təhsil platformaları və hostinq idarəetmə panelləri daxildir. Bu səbəbdən aşkar edilmiş boşluqlar tək bir resursla bitmir və həmin dildən istifadə edən bütün informasiya sistemləri üçün eyni vaxtda risk yaradır.

Aşkar edilən boşluqlar (CVE–2026-109618, CVE–2026-109619) 10 ballıq şkala üzrə 9,2 (kritik) səviyyədə qiymətləndirilib. Boşluqlar hücumçunun xüsusi hazırlanmış sorğu göndərməklə serverdə istənilən əmri uzaqdan icra etməsinə şərait yaradır. Prosesi həyata keçirmək üçün istifadəçi adı, parol və ya veb-saytın özündə hər hansı digər təhlükəsizlik boşluğunun olması tələb olunmur. Bu da hücumların sadə və genişmiqyaslı şəkildə həyata keçirilməsinə imkan verir.

Boşluqlardan uğurla istifadə edən tərəf serveri ələ keçirə və ona daimi uzaqdan giriş imkanı verən zərərli fayl yerləşdirə bilər. Belə ki, verilənlər bazası və digər xidmətlərə aid giriş məlumatları, eləcə də istifadəçilərin fərdi məlumatları oğurlana bilər. Həmçinin veb-saytın məzmunu dəyişdirilə, zərərverici proqram təminatı, o cümlədən fidyə proqramları yayıla, ələ keçirilmiş server isə təşkilatın daxili şəbəkəsinə sızmaq və digər sistemlərə hücum etmək üçün istifadə oluna bilər.

Bununla əlaqədar, MKA veb-sayt sahiblərini, host-provayderləri və informasiya sistemlərini idarə edən təşkilatları aşağıdakı tədbirləri təxirə salmadan həyata keçirməyə çağırır:

“PHP”ni 8.5.12, 8.4.27, 8.3.36 və ya 8.2.35 versiyasına yeniləmək; Host-provayderin serverində yerləşən və serverə birbaşa çıxışı olmayan veb-sayt sahiblərinin provayderlə əlaqə saxlayaraq təhlükəsizlik boşluqlarının aradan qaldırılması üzrə zəruri tədbirlər görmək; Serverdə şübhəli əməliyyatların icra olunub-olunmadığını yoxlamaq; Serverin ələ keçirilməsinə dair şübhə yarandıqda sistemi şəbəkədən təcrid etmək, loqları (logs) qorumaq.

Əlavə olaraq, kiberinsident barədə dərhal Milli CERT-ə məlumat vermək, proqram təminatının təhlükəsizlik yeniləmələrini vaxtında tətbiq etmək, informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamaq və monitorinqi gücləndirmək tövsiyə olunur. Beynəlxalq statistikaya görə, dünyada ən çox ziyarət edilən saytlar arasında server texnologiyası müəyyən edilə bilənlərin təxminən 70 faizi bu dil əsasında fəaliyyət göstərir. Həmin saytların 40 faizə yaxınında istifadə olunan “WordPress” platforması da “PHP” üzərində qurulub. Başqa sözlə, ən çox ziyarət edilən saytların təxminən üçdə ikisi bu boşluqlarla potensial olaraq əlaqəlidir, yəni risk altındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Oktyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri