MKI İrandan Trampa sui qəsd təhdidi barədə məlumatlara şübhə ilə yanaşıb
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ-ın hazırkı və keçmiş xüsusi xidmət orqanları əməkdaşlarına istinadən məlumat yayıb.
Qəzetin mənbələrinin sözlərinə görə, MKİ İsrailin Trampın İrandan mümkün sui-qəsd təhlükəsi ilə üzləşməsi barədə təqdim etdiyi məlumatları “şübhə ilə qarşılayıb”. Nəşrin məlumatına görə, kəşfiyyat analitikləri bu məlumatları “inandırıcı hesab etməyib” və mövqelərini Vaşinqton administrasiyasının əməkdaşlarına bildiriblər. Lakin Ağ Ev və ABŞ Məxfi Xidməti riskə getməmək qərarına gəlib və Trampın təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görüb.
The Washington Post avqustun 10-da yazıb ki, Tramp iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra öz prezident təyyarəsinə minib. Lakin nəşrin məlumatına görə, “bir neçə dəqiqə sonra” ABŞ lideri gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-32A" təyyarəsinə keçirilib. Tramp Türkiyəni məhz həmin təyyarə ilə tərk edib, halbuki Vaşinqton administrasiyası onun prezident təyyarəsində olduğunu açıqlayıb.
Tramp avqustun 11-də təsdiqləyib ki, ABŞ Məxfi Xidməti və hərbçilərin tövsiyəsi ilə Türkiyəni öz prezident təyyarəsində deyil, başqa təyyarədə tərk edib.
ABŞ Senatında bir neçə demokrat senator Vaşinqton administrasiyasından bu əməliyyatın təfərrüatlarını, eləcə də onun keçirilməsinə səbəb olan amilləri açıqlamağı tələb edib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 13 Avqust 2026 07:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















