MKTB: Vətəndaş mənzilin mövcüd girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub FOTO
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb. Belə ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısı guya bağlanıb və həmin şəxs mənzilinə pəncərədən daxil olur. Sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş tərəfindən mənzilin bir mövcüd girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub.
Bu barədə Pravda.az-a Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən (MKTB) məlumat verilib.
“Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”, - məlumatda qeyd olunub.

