Icma.az
close
up
RU
Rusiya aclıq astanasındadır..?

Rusiya aclıq astanasındadır..?

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsas taxıl regionunda məhsuldarlıq ən aşağı səviyyəyə düşüb... Əsas quraqlığa göstərilir...

...Ölkədə bütün taxıl məhsullarının demək olar ki, 10 faizini təmin edən Rusiyanın əsas taxılçılıq regionu olan Rostov vilayəti quraqlıq səbəbindən məhsul yığımında artan problemlər yaşayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, keçən il Rostov fermerləri gözlənilən 16 milyon ton taxıl əvəzinə 11,4 milyon ton məhsul yığıblar. Bu il vəziyyət daha da pisləşib. Region qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar xəbərdarlıq edib ki, taxıl məhsulu daha 20 faiz azala bilər, yəni son on ilin minimuma enə bilər.

Bundan əvvəl o, qonşu Krasnodar diyarının şimalını da əhatə edən quraqlıq səbəbindən regionun 19 rayonunda fövqəladə vəziyyət elan edib.

...Rostov vilayətinin Çertkovski rayonundakı “Luç” MMC-nin aqronomu Maksim Zolotarev “Reuters” agentliyinə deyib ki, “...əvvəllər heç vaxt belə quraqlıq olmayıb. Qışdan bəri rütubət ehtiyatları həmişə daha çox olmuşdur; bu il qış qarsız, payız quraq keçdiyi üçün rütubət çatışmazlığı yaranıb. Yəni, qardan əvvəl qış bitkilərinin tumurcuqlarını aldıq; noyabrda, hətta dekabrda da payızlıq taxılların əkilməsi yox idi.

...Rostov fermerləri Telegram kanallarında günəşin qızdırdığı buğda və günəbaxan sahələrinin fotolarını paylaşaraq vəziyyəti “dalan” kimi qələmə verir və “faciə” adlandırırlar.

Amma maraqlıdır ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi nikbinlik yaymaqda davam edir: onun proqnozuna görə, bu il ölkədə ümumi taxıl yığımı ötən ilki 5 milyon tondan çox olacaq və 135 milyon ton təşkil edəcək.

Buna baxmayaraq, departament etiraf edir ki, iyulun 2-nə məhsul ötən illə müqayisədə 4,3 dəfə az - 16,5 milyon tona qarşı 3,8 milyon ton olub.

Məhsuldarlıq demək olar ki, dörddə bir azalıb - hektarda 41 sentnerdən 31 sentnerə düşüb.

Cənub Federal Dairəsində yığımlar 5,7 dəfə azalaraq 2 milyon tona, Şimali Qafqazda isə 3 dəfə azalaraq 1,5 milyon tona düşüb.

...IKAR-ın analitikləri yazır ki, Rostov vilayəti üzrə məhsul proqnozu azaldılıb, nəticədə o, buğda biçini üzrə liderliyini bu il hava şəraitinin daha əlverişli olduğu qonşu Stavropolda itirə bilər.

Hakimiyyət orqanlarının bir neçə il əvvəl büdcəni doldurmaq üçün tətbiq etdiyi taxıla ixrac rüsumları onsuz da pis hava şəraitindən əziyyət çəkən fermerlərə başağrısı əlavə edir.

...Bu rüsum çox ağırdır və müəssisələrin rentabelliyinə və gəlirlərinə təsir göstərir. Hər kiloqram taxıl üçün, təxminən, iki-üç min rubl buna gedir.

Bunu isə Çertkovski rayonunun kənd təsərrüfatı üzrə səlahiyyətlisi bildirir.

...Biz maksimum mənfəət əldə etmək və ya heç olmasa, təşkilatı iflasa aparmamaq üçün əkinçilik üçün minimum xərc çəkməyə çalışırıq.

Bunu da əyalət üzrə başqa bir rus səlahiyyətlisi deyir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 İyul 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri