Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

Sosial media qovuşdurur, yoxsa ayırır?

Sosial media qovuşdurur, yoxsa ayırır?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Nikahın azalmasında və boşanmanın artmasında onun rolu varmı?

XXI əsr texnoloji inqilabın və rəqəmsal ünsiyyət vasitələrinin hökm sürdüyü bir dövrdür. Bu dövrün seçilən dəyərlərindən biri sosial mediadır. Əvvəllər sadəcə əlaqə saxlamaq məqsədi ilə yaradılan bu platformalar zamanla cəmiyyətin bütün sahələrinə nüfuz edərək, insan münasibətlərini, ünsiyyət formasını, məlumat əldə etmə metodlarını köklü şəkildə dəyişdirib.

Artıq ənənəvi media vasitələri– televiziya, radio və qəzetlər – uzun müddət informasiya mənbəyi kimi üstün mövqeyi olsa da, bu rol tədricən sosial mediaya tərk edilir. Hazırda insanlar gündəlik xəbərləri Twitter, Facebook, Telegram və Instagram kimi platformalardan da alırlar.

Bu, sosial media vasitələri gənclər üçün geniş imkanlar təqdim edir. İnformasiya mübadiləsi, yaradıcılığın sərbəst ifadəsi, ictimai təşəbbüslərdə iştirak və gəlir əldə etmək bu platformaların müsbət tərəflərindəndir. Gənclər foto, video, bloq yazıları, musiqi və rəsm kimi yaradıcılıq məhsullarını sosial şəbəkələr vasitəsilə qlobal auditoriyaya təqdim edə bilirlər. Bundan başqa, sosial media insanları bir araya gətirən vasitəyə çevrilib. Eyni zamanda, onun köməyilə müxtəlif sahələr üzrə məlumatlar sürətlə yayılır, maarifləndirmə kampaniyaları geniş auditoriyalara çatır.

Bütün bunlar barədə psixoloq Vüsalə Əmiraslanova XQ-yə bildirdi:

– Bu platformalar sayəsində istedadlar üzə çıxır, gənclər öz fikirlərini, sənət əsərlərini, duyğularını sərbəst şəkildə ifadə edə bilir. Biri şeir yazır, biri video çəkir, digəri bloq yazır və bu şəkildə onların istedadı milyonlarla insana çatır. Sosial media, demək olar ki, demokratik bir tribuna təqdim edir – burada hamı eyni “səhnəyə” çıxır və özünü ifadə etməyə cəhd edir.”

Bundan əlavə, sosial medianın köməyilə uzun illər əvvəl əlaqəsi kəsilmiş dostlar tapılır, dünyanın o biri ucundakı insanla bir neçə saniyədə danışmaq olur. Onlayn dərslər, canlı yayımlar, maarifləndirmə kampaniyaları – bütün bunlar sosial medianın insan həyatını asanlaşdıran və zənginləşdirən yönləridir.

Onu da qeyd edək ki, sosial medianın müsbət cəhətləri ilə yanaşı, fəsadları da var. Onun yaratdığı ən mühüm sosial fəsadlardan biri – səthi münasibətlər və bunun nəticəsində yaranan tənhalıq hissidir. Gənclər sosial mediada özlərini yalnız həyatlarının ən uğurlu və gözəl anları ilə təqdim edirlər. Bu, digər istifadəçilərdə öz həyatlarının qeyri-kafiliyinə dair yanlış təəssüratlar yaradır.

Müsahibimiz daha “bəyən” və “şərh” səviyyəsindəki ünsiyyətin real həyatda səmimi və dərin münasibətlərin yerini tuta bilmədiyini söylədi.

– Gənclər özlərini başqaları ilə müqayisədə dəyərsiz və natamam hiss edirlər. Süni “mükəmməllik” təəssüratı, real həyatla uyğun gəlmədikdə psixoloji diskomforta, narahatlığa və tənhalığa yol açır.

Bu süni və redaktə edilmiş virtual kimliklər emosional gərginlik yaradır. Sosial media istifadəsi artdıqca, gənclər real həyatda emosional yaxınlıq qurmaqda çətinlik çəkir, sosial bacarıqları – empatiya, dinləmək və fikir bildirmək – zəifləyir. Nəticədə, real münasibətlərdən uzaqlaşaraq təcrid olunmuş şəkildə yaşamağa başlayır, tənhalığa meyilli olurlar.

Tənhalıq yalnız emosional bir hiss deyil, eyni zamanda psixoloji və sosial narahatlıq mənbəyidir. Gənclər hisslərini bölüşməkdən, yanlış anlaşılmaqdan və rədd edilməkdən qorxduqları üçün real münasibətlərdən qaçırlar. Bunun əvəzinə sosial medianı “təhlükəsiz sığınacaq” kimi qəbul edirlər.

Vüsalə Əmiraslanova qeyd edir: “Gənclər sabit münasibətlərə girməyə tələsmir, bəzən heç maraq göstərmirlər. Sosial media onları tək qalsa belə, daim məşğul və “ünsiyyət içində” saxlayır. Lakin bu ünsiyyət real empatiya, toxunuş və qarşılıqlı baxışdan uzaqdır.

Emosional qidalanma baş vermədiyinə görə, insan nə qədər paylaşsa da, dərin bir boşluq içində qalır. Dost çevrəsində qəbul edilməmək, anlaşılmamaq və ya davamlı rəqabət hissi də gəncin sosial əlaqələrdən uzaqlaşmasına səbəb olur. Belə olan halda, gənc özünə “təhlükəsiz” bir məkana çəkilir – virtual dünya. Burada o, istədiyi kimi görünə, istədiyini gizlədə, hisslərini “redaktə” edə bilir. Lakin bu, saxta bir sığınacaqdır. Gerçək münasibətlərin verdiyi emosional dərinlik burada yoxdur.

Müsahibimizin dediklərinə əlavə olaraq qeyd edək ki, bu hal, təkcə psixoloji baxımdan deyil, eyni zamanda təhsil və peşə həyatı baxımından da ciddi fəsadlara yol açır. Diqqət dağınıqlığı, motivasiya itkisi, planlaşdırma və təşkiletmə qabiliyyətinin zəifləməsi kimi hallar sosial medianın təsiri ilə ortaya çıxır. Gənclər virtual məkanda saatlarla vaxt keçirdikcə, idman, ictimai tədbirlər, ailə və dost görüşləri kimi sosial fəaliyyətlərdən uzaqlaşırlar. Bu isə sosial çevrənin daralması, təcrid və tənha bir həyat tərzinə gətirib çıxarır.

Sosial medianın zərərləri yalnız emosional və sosial sferalarla məhdudlaşmır. Göz yorğunluğu, onurğa ağrıları və fiziki hərəkətsizlik kimi sağlamlıq problemləri də bu platformalardan həddindən artıq istifadənin nəticəsidir. Bundan əlavə, kiberzorakılıq – təhqir, təhdid, şəxsi məlumatların yayılması (doksinq) və şantaj – sosial medianın ən təhlükəli problemlərindən biridir. Gənclər bəzən bu platformalarda özləri haqqında həddən artıq məlumat paylaşdıqları üçün fırıldaqçılar və zorakıların hədəfinə çevrilirlər. Bununla bağlı psixoloq dedi:

– Sosial medianın digər bir təhlükəli tərəfi isə kiberzorakılıqdır. Bəzi yeniyetmələr paylaşdıqları şəxsi məlumatlara görə təhdid, şantaj, alçaldılma ilə üzləşir. Statistikaya görə, uşaqların üçdə biri bu cür zorakılığın qurbanı olur. Bu hallar onların özünə hörmətini azaldır, psixoloji travmalar yaradır və emosional güvənsizlik hissi formalaşdırır. Belə travmaların fonunda gənclər sosial əlaqələrdən tamamilə uzaqlaşaraq özlərini təkliyə və içəqapanmaya məhkum edirlər. Bu hallar onların psixoloji durumuna mənfi təsir göstərir, özünə hörmətin azalmasına, narahatlıq pozuntularına və bəzi hallarda intihar düşüncələrinə səbəb ola bilir.

Vüsalə Əmiraslanova vurğuladı ki, sosial media ailədaxili və dost münasibətlərinin zəifləməsində də mühüm rol oynayır:

– Müasir ailələrdə valideyn-övlad münasibətləri çox vaxt funksional və məsafəli xarakter daşıyır. Gənclər emosiyalarını paylaşmaq üçün etibarlı bir mühit tapa bilmədikdə, daxili aləmlərinə qapanır və sosial təcridə meyl edirlər, vaxtlarını sosial şəbəkələrdə keçirirlər: “Dost çevrəsində də qəbul edilməmək, rəqabət və anlaşılmazlıq halları gənclərdə tənhalıq hissini daha da artırır. Belə bir şəraitdə sabit və dərin münasibətlər qurmaq çətinləşir və nəticədə sosial passivlik və özünə inamsızlıq yaranır.

Mütəxəssislər bildirirlər ki, tənhalıq problemi ilə mübarizə isə kompleks yanaşma tələb edir. Bu problemin həllində ailələr, məktəblər, psixoloqlar və cəmiyyət birgə hərəkət etməlidir. Ailələr emosional dəstəyi gücləndirməli, məktəblər sosial və emosional bacarıqları inkişaf etdirən proqramlara yer verməlidir. Eyni zamanda psixoloji dəstək xidmətləri hər kəs üçün əlçatan olmalıdır. Sosial medianın balanslı və məqsədli istifadəsi təşviq edilməli, gənclərə rəqəmsal savadlılıq, tənqidi düşünmə və emosiya idarəetməsi kimi bacarıqlar öyrədilməlidir. Gənclərə aşağıdakı əsas tövsiyələr verilə bilər: Sosial şəbəkə hesablarını məxfi saxlamaq, naməlum şəxslərlə şəxsi məlumat paylaşmamaq, gündəlik istifadə müddətini məhdudlaşdırmaq, real ünsiyyət və sosial fəaliyyətlərə üstünlük vermək, problemlərlə qarşılaşdıqda mütəxəssis və böyüklərə müraciət etmək.

Sosial media insanları tənhalaşdırmaqdan başqa, nikahların azalmasına və boşanmaların sayının artmasına səbəb olur. Araşdırmalar da göstərir ki, subay qalmağa üstünlük verənlərin sayı gündən-günə artır.

Vüsalə Əmiraslanova dedi ki, müasir dünyanın sürətlə dəyişən texnologiyaları həyatımızın bütün sahələri kimi, ailə həyatımıza da təsir edir: “Əvvəllər ailə qurmaq cəmiyyətin əsas dəyərlərindən biri sayılırdı. Gənclər ailə məsuliyyətini üzərinə götürməyə, evlənməyə can atırdı. İndi isə vəziyyət dəyişib. Gənclər arasında subay qalmağa üstünlük verənlərin sayı durmadan artır. Bəziləri üçün bu, sadəcə, bir seçim deyil – azadlığın, rahatlığın və məsuliyyətdən yayınmağın yoludur. Sosial media bu həyat tərzini daha da cazibədar edir: insanlar real münasibətlərdəki çətinliklərlə üzləşməkdənsə, virtual aləmdə daha sərbəst və rahat olmağı üstün tuturlar.

Kişilər evləndikdən sonra azadlıqlarının məhdudlaşacağından, qazandıqları pulu yalnız özlərinə xərcləyə bilməyəcəklərindən narahat olurlar. Qadınlar isə ailə qurmağın onları karyera və şəxsi inkişaf yolundan saxlayacağını düşünürlər. Sosial media bu düşüncələri daha da möhkəmləndirir: burada hər kəs istədiyi kimi görünə bilər, istədiyi həyat tərzini nümayiş etdirə bilər. Gerçək həyatın çətinlikləri isə arxa plana keçir.

Boşanmaların artmasının səbəbləri arasında da sosial medianın rolu böyükdür. Sosial şəbəkələrdə gizli yazışmalar, həyat yoldaşının davranışlarını izləmək, davamlı qısqanclıq və inamsızlıq – bütün bunlar ailə münasibətlərində çatlara səbəb olur. Bəzi insanlar seriallarda, filmlərdə izlədikləri ideal sevgi və evlilikləri öz həyatlarında da gözləyir. Gerçək həyat isə çox vaxt bu gözləntiləri qarşılamır və nəticədə münasibətlər dağılır.

Hazırda hər 3 nikahdan biri boşanma ilə nəticələnir. Bu, ailə institutunun zəiflədiyini göstərir. İnsanlar ailə qurmağı artıq bir ehtiyac kimi deyil, çətin və ağır bir məsuliyyət kimi görürlər. Halbuki ailə yalnız məsuliyyət deyil, həm də qarşılıqlı anlayış, dəstək və sevgi üzərində qurulan bir dəyərdir.

Nəticə olaraq demək olar ki, sosial media həyatımıza çoxlu imkanlar gətirsə də, ailə münasibətləri baxımından ciddi problemlərə yol açır. Gənclər arasında ailəyə olan marağın azalması, münasibətlərin dayanıqsızlığı, məsuliyyətdən qaçma meyli – bunların hamısı sosial medianın dolayısı təsirləri kimi ortaya çıxır. Cəmiyyət olaraq bu məsələlərə daha ciddi yanaşmalı, ailə dəyərlərinin qorunması üçün maarifləndirmə və psixoloji dəstək tədbirləri görməliyik. Əks halda, gələcəkdə ailə anlayışı yalnız keçmişin nostaljisi kimi yadda qalacaq”.

Beləliklə, nəticə etibarilə, rəqəmsal texnologiyalar və sosial media müasir dünyanın ayrılmaz parçasıdır. Bu platformalar düzgün və məqsədli şəkildə istifadə olunduqda, gənclərin inkişafına əhəmiyyətli töhfə verə bilər. Lakin balans pozulduqda – sosial media asılılığa, emosional izolyasiyaya və psixoloji gərginliyə səbəb olur. Gənclərin psixoloji və sosial sağlamlığı üçün ciddi təhdidə çevrilir. Tənhalıq bu təhdidlərin ən səssiz, lakin ən təhlükəli formasıdır. Bu səbəbdən, sosial medianın istifadəsində fərdi məsuliyyət, emosional dəstək və ictimai nəzarət əsas prinsiplərdən olmalıdır. Unutmayaq ki, bizi birləşdirən də, ayıran da bu platformaların necə istifadə olunmasından asılıdır. Sağlam və səmimi münasibətlərin hökm sürdüyü bir cəmiyyət – tənhalıqla mübarizədə ən güclü vasitədir.

P.ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri