MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Şimali Amerika Futbol Liqasının (MLS) komissarı Don Qarber “Bavariya”nın hücumçusu və İngiltərə millisinin kapitanı Harri Keynin gələcəkdə ABŞ-də çıxış etməsini arzuladığını bildirib.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, Qarber 33 yaşlı futbolçunun MLS-ə mümkün keçidindən danışarkən Lionel Messinin nümunəsini xatırladıb.
“Onun MLS-ə gəlməsini çox istərdim. Bizim arzumuz futbol ölkəsinin formalaşmasına kömək edəcək əsl futbol liqası yaratmaq idi. Elə bir çempionat qurmaq istəyirdik ki, Harri Keyn səviyyəsində oyunçular burada çıxış etmək istədiklərini desinlər. Düşünürəm ki, Messi bunun mümkün olduğunu sübut etdi.
Messi uğrunda ciddi rəqabət var idi. Biz elə şərait yaratmalı idik ki, bu, onun “Barselona”ya qayıtmasından və ya Səudiyyə Ərəbistanına yollanmasından daha cəlbedici olsun. Nəticədə o, Mayamini seçdi, klubun yeni stadionunun inşasına kömək etdi, rekordlar qırdı, ən dəyərli oyunçu seçildi və indi də milli komandadan möhtəşəm şəkildə yola salındı”, - deyə Qarber bildirib.
Qeyd edək ki, Keyn daha əvvəl gələcəkdə MLS-də oynamaq ehtimalını nəzərdən keçirdiyini etiraf edib.
İngiltərəli hücumçu 2025/2026 mövsümündə Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi “Qızıl buts” mükafatını qazanıb. O, həmçinin “Qızıl top” mükafatına əsas namizədlərdən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:260
Bu xəbər 09 Oktyabr 2026 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















