Icma.az
close
up
RU
MM də müzakirə: Rüstəmxanlı 43 nəfəri anaq dedi Siyavuş Novruzovdan sərt reaksiya

MM də müzakirə: Rüstəmxanlı 43 nəfəri anaq dedi Siyavuş Novruzovdan sərt reaksiya

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin bu gün keçirilən iclasında iki millət vəkili arasında narazılıq yaranıb. Narazılığa səbəb Tənzilə Rüstəmxanlının çıxışından sonra millət vəkili Siyavuş Novruzovun ona irad bildirməsi olub.

Globalinfo.az xəbər verir ki, iclasda Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı təbriklər zamanı deputatlar arasında fikir mübahisəsi yaranıb.

Deputat Tənzilə Rüstəmxanlı çıxışında bildirib:

“Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini hörmət və ehtiramla yad edirəm. Onların xalq və dövlət qarşısında böyük xidmətləri olub.”

Onun bu fikirlərinə cavab olaraq deputat Siyavuş Novruzov çıxış edərək məlumatda dəqiqlik olmadığını bildirib:

“Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. Həmin 43 nəfər isə özlərini istiqlal yolunda görüb, referendumun əleyhinə səs veriblər. Müstəqilliklə referendum məsələsini qarışdırmaq olmaz. Tarix saxtalaşdırılmamalıdır. Həmin iclasa Ziyad Səmədzadə sədrlik edib və 350 deputatdan 271-i Azərbaycanın müstəqilliyinin bərpasına səs verib.”

Müzakirəyə spiker Sahibə Qafarova da müdaxilə edib:

“Çıxışlarda bəzən müəyyən nöqsanlar olur. Burada səslənən fikirlərdə də müəyyən yanlışlıqlar müşahidə edildi”.

Spiker daha sonra Siyavuş Novruzova müraciətlə əlavə edib:

“Mən sonra sizinlə ayrıca bir məsələni də müzakirə edəcəyəm”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri