Icma.az
close
up
RU
MN in Tibbi Sənədlər Arxivinin sabiq rəisi dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib

MN in Tibbi Sənədlər Arxivinin sabiq rəisi dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətəndaşlara əlilliklə bağlı pensiya düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər mülki iddia verib.

Zərərçəkənlər ayrı-ayrılıqda 50 min, 20 min və 33 min 500 manat, ümumilikdə 100 min manatlıq mülki iddia qaldırıb. Samirə Mirzəyeva mülki iddanı qəbul etməyib.

Daha sonra prosesdə tərəflərin vəsatəti ilə əlavə şahid qismində dəvət olunan, təqsirləndirilənin həyat yoldaşı Rasim Mirzəyev ifadə verib. Hərbçi olduğunu bildirən R. Mirzəyev deyib ki, həyat yoldaşının daha öncəki 3 cinayət işindən yalnız birindən xəbəri olub.

Zərərçəkənlərin bir qismi iddia edib ki, R.Mirzəyevin olanlardan xəbəri olub. Hətta pulu onun gözünün qarşısında arvadına veriblər: "Samirə Mirzəyeva deyirdi ki, əri polkovnik-leytenantdır. İstədiyi yerin qapısını aça bilir".

Samirə Mirzəyeva isə deyilənləri inkar edib. Daha sonra prosesdə əlavə şahid kimi tanınan Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda həbsdə olan Ruhin Tağıyev ifadə verib. O, bildirib ki, S.Mirzəyevanı bacısı, zərərçəkən qismində tanınan Mahirə Tağıyeva vasitəsi ilə tanıyıb: "Bacım onunla telefonda danışırdı. Demişdilər ki, əlilliklə bağlı məsələləri Samirə həll edə bilir, elə bir şey olarsa, ona yönləndirim. İndi o, həbsdədir deyə rahat danışa bilirəm. Bacım, onun oğlu Nicat Samirə ilə olan işlərini məndən gizlədiblər. Artıq iş-işdən keçəndən sonra bilmişəm. Onlara çox dedim ki, eləməyin. Mən heç Samirə Mirzəyevanı tanımırdım. Nicatı hazırda zərərçəkən qismində tanınan şəxslərlə mən tanış eləmişəm. Onların arasından həkimlərimizi, hərbçi dostlarımızı şəxsən tanıyırdım. Onlara demişdim ki, bacım oğludur, inana bilərsiniz. Nicat onlarla Samirəni tanış edib. Mənim hazırda təqsirləndirildiyim işin isə Samirə ilə heç bir əlaqəsi yoxdur. O başqa işdir".

Prosesdə ifadə verən Nicat da dayısının dediklərini təsdiq edib.

Məhkəmə istintaqı yekublaşıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti proses fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vədlər verib.

O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. S. Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma)maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri