Mobil operatora məxsus baza stansiyalarında yaranan elektromaqnit çirklənmənin miqdarı ölçülüb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yüksək gərginlikli elektrik xətləri və mobil rabitə operatorlarına məxsus baza stansiyalarında yaranan elektromaqnit çirklənmənin miqdarı ölçülüb.
AzMİ-dən AZƏRTAC-a bildirilib ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisləri ilə birgə aparılan ölçmələr ELT 400 (1 Hz - 400 kHz) maqnit sahəsi, SRM 3006 (27 MHz - 3 GHz) selektiv elektrik sahəsi, FieldMan (100 kHz - 18 GHz) geniş ölçülü elektromaqnit sahəsi analizatorları vasitəsilə yerinə yetirilib.
Qeyd edək ki, AzMİ-nin Radiotezlik gücünün və paylanma parametrlərinin ölçmələri laboratoriyasında həmçinin ölçmə intervalı 100 kHz - 50 GHz olan cihazların yansıma və ötürmə nisbətlərinin (S-parametrləri) ölçülməsi də həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















