Icma.az
close
up
RU
Bakı və İrəvan ölçülüb biçilmiş rasional siyasət yürüdür

Bakı və İrəvan ölçülüb biçilmiş rasional siyasət yürüdür

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı ikibaşlı oyunları Kremlin hələ də məkrli niyyətlər yuvası olaraq qaldığını bir daha üzə çıxarır. Bir tərəfdən 7 iyun seçkiləri ərəfəsində Ermənistana qarşı şantaj və təzyiqləri daha da artıran və ən müxtəlif hibrid müharibə üsullarına əl atan Rusiya, digər tərəfdən isə Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə inkişaf etdirmək niyyətində olduğunu bəyan edir və eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma olmağa hazır olduğunu bildirir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin və Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində verdikləri açıqlamalardan da görmək mümkündür.
Məsələnin ən ilginc tərəfi də Azərbaycan və Ermənistan liderlərinin heç bir vasitəçiyə, üçüncü tərəfin moderasiyasına ehtiyac olmadan ikitərəfli formatda sülh danışıqlarını uğurla davam etdirdikləri bir vaxtda Rusiyanın yenidən özünü ortaya atmasaı, "mən də varam" deyərək vasitəçilik missiyasına qayıtmağa cəhd göstərməsidir. Elə Mixail Qaluzin də məhz bu məsələyə - ölkəsinin vasitəçilik missiyasına toxunaraq bildirib ki, "biz əvvəlki kimi, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində İrəvan və Bakıya kömək etməyə, həmçinin sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını hazırlayıb təqdim etməyə hazırıq". Sətiraltı mesajların yer aldığı bu açıqlama, əslində, Kemlin ABŞ və Avropa İttifaqının (Aİ) Cənubi Qafqazı Rusiyanın təsir orbitindən çıxarmaq səylərini əngəlləməyə hesablanıb. Məhz bu məqsədlə də Kreml hazırda Ermənistana qarşı "dəyənək", Azərbaycana qarşı "kökə" siyasəti yürüdür.
Lakin Bakı və İrəvan hazırda kifayət qədər ölçülüb-biçilmiş rasional siyasət yürüdür və eyni zamanda, haqlı olaraq Moskvanın sözügedən təkliflərinə skeptik yanaşırlar. Hər iki tərəf yaxşı başa düşür ki, Kremlin təklifi real sülhə yox, Rusiyanın regionda mövcudluğunun qorunub saxlanmasına xidmət edir. Başqa sözlə desək, Rusiya tarixin arxivinə göndərilmiş "Qarabağ məsələsi"ni yenidən diriltmək istəyir. Ona görə də Rusiyanın Mixail Qaluzinin dili ilə səsləndirilən məlum təklifini qətiyyən qəbul etmək olmaz. Rusiya tərəfi 2020-2022-ci illərdə əldə edilən üçtərəfli razılaşmalar çərçivəsində öz vasitəçilik missiyasını artıq başa çatdırıb və Azərbaycan Ordusunun 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirdiyi antiterror əməliyyatından sonra onun vasitəçiliyinə heç bir zərurət qalmayıb. Ona görə də bu gün Putin Rusiyasını danışıqlar prosesindən uzaq tutmaq, əslində, ən yaxşı sülh platformasına nail olmaq deməkdir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri