Icma.az
close
up
RU
Bakı və Abşeronda mobil rabitənin keyfiyyəti ölçülüb

Bakı və Abşeronda mobil rabitənin keyfiyyəti ölçülüb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanın telekommunikasiya və poçt sahələri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssislərindən ibarət ölçmə qrupları Bakıda və Abşeron yarımadası ərazisində 14 əhəmiyyətli marşrut üzrə sellülar (mobil) telekommunikasiya xidmətinin keyfiyyətinin ölçülməsini həyata keçirib.

“APA-Economics”in xəbərinə görə, marşrutların müəyyənləşdirilməsində “Ookla” şirkətinin “CellAnalytics” mobil şəbəkə analiz platformasının ilkin təhlillərindən istifadə olunub.

Marşrutların seçilməsində daha çox trafik cəmləşməsi olan və xidmət keyfiyyətində zəif göstəricilər müşahidə olunan istiqamətlərə üstünlük verilib. Qeyd edək ki, “Cell Analytics” “Speedtest” tətbiqi vasitəsilə toplanılan məlumatlardan istifadə edir. Bu məlumatlar ənənəvi (gəzinti və ya nəqliyyat vasitəsilə) ölçmələrin əhatə etmədiyi yerlərdən də, məsələn, evlərdən, ofislərdən və ya xüsusi məkanlardan daxil olur. Bu yanaşma daha geniş və əhatəli informasiya təmin edir.

Sellülar (mobil) telekommunikasiya xidməti üzrə aparılan ölçmələrin nəticələri ölkədə fəaliyyət göstərən mobil operatorlara təqdim edilib. Mobil rabitə şəbəkəsinin nisbətən zəif olduğu ərazilərdə bu çətinliklərin aradan qaldırılması üçün addımların atılması tövsiyə olunub.

Ölçmə qrupları sellülar (mobil) telekommunikasiya xidmətinin keyfiyyətinin ölçülməsi üçün ərazilərin, obyektlərin və marşrutların əhəmiyyətini, habelə istehlakçı şikayətlərini nəzərə alaraq müntəzəm şəkildə ölçmələr aparır və xidmət keyfiyyətinin təmin edilməsi üçün çalışırlar.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri