Icma.az
close
up
RU
Möcüzə qız 20 ildən sonra geri döndü...

Möcüzə qız 20 ildən sonra geri döndü...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı, məşhur kardioloq Rəşad Mahmudov 10 il əvvəl əməliyyat etdiyi gənc qızla bağlı təsirli paylaşım edib.

Modern.az həmin paylaşımı olduğu kimi təqdim edir:

"Bu gün sizə gerçək bir həyatın yenidən doğuluş hekayəsini danışacağam.

Bu gün saat 17 radələrində yanıma gənc bir qız gəldi.

Ekokardioqrafik müayinədən keçdikdən sonra otağıma daxil olan qızın baxışlarında elə bir duyğu vardı ki, sanki uzun illərdən sonra birini tapmış və boynuma sarılmaq istəyirmiş kimi hiss etdim.

Bir anlıq duruxdum... Sonra diqqətlə bir daha baxdım və xatirələrim canlandı.

Bu həmin gözlər idi — 20 il əvvəl tanış olduğum, o məsum və gözəl baxışlı 5 yaşlı balaca Aytacın gözləri idi.

Onu ilk dəfə 2005-ci ildə, Bakıda fəaliyyətə başladığımız Mərkəzi Neftçilər Xəstəxanasında tanımışdım.

O zaman Aytac cəmi 5 yaşında idi və ona Gecikmiş Böyük VSD, ASD və ağır Pulmonar Hipertenziya (Eizenmenger sindromu) diaqnozu qoyulmuşdu. Hansı ki, əməliyyatı 1 yaşına qədər çox rahatlıqla icra ediləcək sadə bir ürək qüsuru ilə doğulmuşdu.

Bu yaş isə, dünyada artıq inoperabil, yəni əməliyyat şansını itirmiş bir vəziyyət sayılırdı.

O dövrdə belə xəstələr üçün dünyada yeganə ümid ürək və ağciyərin müştərək transplantasiyası idi — hansı ki, o da müvəqqəti bir çarə idi. 

Aytacın atası yox idi. Anası isə bütün varlığı ilə övladı üçün mübarizə aparan, göz yaşları içində “nə olursa-olsun, qızımı xilas edin...” deyən bir qadın idi.

O zaman dünyada bu cür çarəsiz xəstələr üçün yeni bir yanaşma yaranmışdı. Bəzi Afrika ölkələrində belə geçikmiş xəstələrə Avropalı həkimlər tərəfindən aparılan bir eksperiment: mərhələli şəkildə pulmonar arteriyanı daraldaraq, zamanla ağciyər təzyiqini azaltmaq və sonrakı mərhələdə tam korreksiya əməliyyatı aparmaq.

Birlikdə uzun illər çiyin-çiyinə çalışdığım italiyalı reanimatoloq professor Ermanno Mazza və komandamızla birlikdə bu yola çıxdıq. Çox riskli, uzun və çətin bir yola...

Ananın inamı, komandamızın əzmi və Heydər Əliyev Fondunun fədakar dəstəyi sayəsində illərlə davam edən müalicələr və mərhələli əməliyyatlar nəticəsində, 2015-ci ildə totalkorreksiya əməliyyatı uğurla başa çatdı.

Həmin gün Aytacın həyatı xilas oldu.

Və bu gün qarşımda gülümsəyən, sağlam, gənc və gözəl bir qadın — o vaxtın o balaca və məsum baxışlı Aytacı idi.

Ürəyi normal işləyir, ağciyər təzyiqi stabildir, hər şey qaydasındadır.

Amma bu sevincin içində bir kədər də gizlidir…

Aytacın gözlərində sanki mənə demək istədiyi bir söz vardı.

Anasını soruşdum.

Əfsuslar olsun ki, artıq həyatda olmadığını dedi.

O fədakar ana — övladı üçün gecə-gündüz mübarizə aparan, heç bir xəstəliyi olmayan o qadın — 49 yaşında qəflətən dünyasını dəyişib.

Amma mən düşünürəm ki, bu da Tanrının bir balansıdır.

Bəzən bir çarəsiz həyatın xilası üçün başqa bir ruh səssizcə çəkilib gedir... nə isə...

Bu qədər...

 Hər kəsə sağlam, dinc və mənəvi güc dolu ömür arzulayıram.

Bütün analara — övladının sağlamlığı və xoşbəxtliyi üçün həyatını qurban etməyə hazır bütün döyünən ürəklərə — dərin ehtiramla".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri