Icma.az
close
up
RU
Modinin islamofobluğunun genişlənən sərhədi Hədəf müsəlman vəqfləridir

Modinin islamofobluğunun genişlənən sərhədi Hədəf müsəlman vəqfləridir

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqaz da maraqların kəsişdiyi bölgələrdəndir. Buna əsas səbəb Ermənistanın Azərbaycana qarşı tutduğu mövqedir. Çünki region ölkələrinin bir-birinə münasibəti normal olmazsa, kənar maraqlar bundan faydalanmağa çalışır.

Ermənistanın indiyədək qonşu ölkələrə - Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları, vaxtilə Azərbaycan torpaqlarını işğal altında saxlaması, indiki şəraitdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün şərtlərə əmələ etməməsi, xüsusilə təcavüzkar konstitusiyasını dəyişməməsi, ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində addım atmaması kimi davranışı xarici qüvvələrin də maraqlarının kəsişməsinə təkan verən amillərdəndr.

Məsələn, Fransa mümkün bütün variantlardan yararlanaraq Ermənistandan alət kimi istifadə etməklə bölgədə özünə yer eləməyə çalışır. Tehran hakimiyyəti bu ölkədən Azərbaycana təzyiq elementi olaraq yararlanmaq üçün ona əlindən gələn yardımı və əməkdaşlığı edir. Bu azmış kimi, Ermənistanın daxili işinə qarışaraq Zəngəzur yolunun açılmasını əngəlləməyə çalışır.

Rusiya Ermənistanda hərbi kontingentini saxlamaqla regional maraqlarını və üstünlüyünü həm də bu yolla qorumaqda davam edir.

2024-cü ilin aprelində Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan arasında sonuncunun NATO-ya inteqrasiyası məqsədilə siyasi, iqtisadi, humanitar sahələrdə çoxsaylı sazişlər imzalanıb.

Həmin müqavilə Rusiya başda olmaqla, MDB ölkələri, habelə Cənubi Qafqaz üçün təhlükəlidir. 20 maddəlik bu sənəddə Ermənistan ordusunun yenidən qurulmasına, hərbi doktrinasının yenidən hazırlanmasına dair məsələlərlə yanaşı, maliyyələşdirilməsi də öz əksini tapıb.

Belə sənəd isə region ölkələri arasında etimada zərbə vurur. Bundan başqa, maraqlarının təmin olunmasını istəyən güclər isə Cənubi Qafqazda gərginliyin artması üçün çalışırlar.

Bölgədə maraqlarının təmin olunmasını istəyənlərdən biri də Hindistandır. Mövcud Nerandra Modi hökuməti Cənubi Qafqazda təkcə Ermənistan vasitəsilə güclənmir, o, ölkədəki hadisələrə əsasən, demək olar ki, müsəlmanlara qarşı hikkəsini də reallaşdırır.

Sirr deyil ki, rəsmi Nyu-Delhi uzun illərdir Cammu və Kəşmirin statusu ilə bağlı münaqişənin həllinə mane olur. Bu yaxınlarda isə bölgənin xüsusi statusunu belə ləğv edib. Bundan başqa, Hindistandakı mühacir müsəlmanlara vətəndaşlığın və ya daimi yaşama icazəsinin verilməsini əngəlləyən qanun qəbul etməklə onlara qarşı ayrı-seçkilik tətbiq edilib.

Bu, Modi hakimiyyətinin islamofob siyasi-ideoloji düşüncə sisteminin gerçəkləşdirdiyi çoxsaylı planlardandır.

Ermənistanla Hindistan arasında hərbi sahədə iki milyard dollarlıq razılaşma əldə olunub. Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti bu ilin fevralında Hindistanda səfərdə olub. 2024-25-ci illərdə İrəvan Nyu-Delhidən daha 600 milyon dollarlıq silah almağı planlaşdırır. Ermənistan Hindistandan artilleriya və hava hücumundan müdafiə sistemi almağa üstünlük verir.

Yeri gəlmişkən, Nyu-Delhi öz xarici siyasi paradiqmasında Qərbi Asiyada mövcudluğunu gücləndirmək üçün Avropaya çıxış məqsədilə tərəfdaş olaraq İran, Ermənistan, Yunanıstan və Fransanı seçib. Bununla o, Türkiyəyə qarşı rəqabət aparır. Türkiyənin İslam dünyası, Yaxın Şərq, Hindistan, Çin, Orta Asiyada və Cənubi Qafqazda nüfuzunun artmasına qarşı məlum üçlükdən faydalanmağa səy göstərir.Xarici siyasətdə yürütdüyü anti-müsəlman davranışı Modi hakimiyyəti Hindistanda davam etdirir.Türkiyədə çıxan “Türkiye” qəzetində “Müsəlmanların əmanəti təhlükə altında: Vəqfin 14 milyard dollarlıq mal-mülkünü Modi hökumətinin qəsb etdiyi ortaya çıxdı” başlıqlı məqalə rəsmi Nyu-Delhinin islamofob mahiyyətini bir daha təsdiqləyir.

Məlum olduğu kimi, türk-müsəlmanlar əsrlərlə Hindistanı idarə edir. Müsəlmanların dini və xeyriyyə məqsədli verdikləri ianələr əsasında yaranan vəqf mülkləri Hindistan hökumətinin təzyiqi ilə addım-addım talan edilir.

Modinin başçılıq etdiyi kabinet müsəlmanlara aid vəqf torpaqlarını zorla mənimsəməyə, onları talan etməyə başlayıb. Madhya Pradesh əyalətinin Ujjain şəhərində bu ilin yanvar ayında təxminən 250 mülk, hökumətin genişlənmə layihəsi bəhanəsi ilə buldozerlərlə yerlə yeksan edilib.

Vəqfin daşınmaz əmlakı olan həmin mülkləri Modi hökuməti hüquqi və dini dəyərləri heçə sayaraq güc yolu ilə ələ keçirir. İslamofob hökumət Hindistanda müsəlmanları, eləcə də türklərin tarixi və mədəni izlərini məhv etməkdə davam edir.Tarixi Təkiyyə Məscidi bu ilin yanvarında buldozerlə yelə bir edilib. Ora iki min nəfərin eyni anda ibadət edə biləcəyi yer idi. Həmin məscid bölgədəki müsəlman icmasının toplanması üçün də əhəmiyyətli bir mərkəz olub.Ölkənin mərkəzi hissəsində yerləşən Madhya Pradesh əyalətinin Ujjain şəhərində səlahiyyətlilər 2,1 hektarlıq geniş bir vəqf torpağını boşaldıb. Oradakı 250 yaşayış evi və ticarət obyektləri dağıdılıb.Hindistanda ümumi dəyəri 14 milyard 22 milyon dollar olan təxminən 872 min mülk vəqf statusunda yerləşir. Bu mülklər 405 min hektarlıq bir əraziyə yayılıb.

Məlumata görə, Narendra Modinin hindus milliyyətçi Bharatiya Janata Partiyası (BJP) tərəfindən təklif edilən yeni qanun layihəsinə əsasən, dövlət vəqf mülklərinə nəzarəti artıracaq. Layihənin bu günlərdə müzakirə ediləcəyi gözlənilir. Yeni qanun layihəsi vəqf mülklərini idarə edən qaydalara köklü dəyişikliklər edərək müsəlman vəqf varlıqları üzərində dövlətin birbaşa nəzarətini hədəfləyir.

Bu sənədə əsasən, müsəlman olmayanların da vəqf idarə heyətinə üzv olaraq təyin edilməsinə icazə verilməsi nəzərdə tutulur. Həmçinin, vəqf mülklərinin məcburi olaraq rayon idarəsinə qeydiyyata alınması, dövlətin vəqf mülklərindən istifadə edilməsinə birbaşa qərar vermə səlahiyyətinə sahib olması da planlaşdırılır.

Hakimiyyətin bu siyasəti mülkiyyət hüququnun pozulması, müsəlmanların assimilyasiyasına imkan və şərait yaradacaq. Habelə, müsəlmanların dini mülkləri üzərindəki birbaşa təsirini zəiflədəcək.

Modi hökuməti bununla da azlıqda olan müsəlman icmasına qarşı ayrı-seçkilik siyasətini davam etdirir. Bu qanun layihəsi qəbul ediləcəyi halda müsəlman icmasının fəaliyyəti məhdudlaşdırılacaq, vəqfin mülkləri onların nəzarətindən çıxacaq.

Modi hökuməti bu siyasətin icrasına 2023-cü ildən başlayıb. Hələ ki İslam Konfransı Təşkilatı və nüfuzlu müsəlman dövlətləri onun bu islamofob fəaliyyətinə etiraz etməyib.

Deməli, Hindistanın Ermənistanla hərbi texniki sahədə əməkdaşlığı adi ticarət əlaqəsi, yaxud regionda Pakistana və Çinə qarşı çıxış etmək deyil. Bu, Modi hakimiyyətinin antitürk və islamofob mahiyyətindən irəli gəlir. Bu isə faşizm, ən azı isə şovinizmdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri