Yeni Ombudsman namizədləri onlardır
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Xatırladaq ki, hazırda Ombudsman vəzifəsini Səbinə Əliyeva icra edir.
Belə ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva bu vəzifəyə 29 noyabr 2019-cu ildə seçilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 30 Oktyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















