Möhsün Rezayi: Uranın bir zərrəsi belə, İrandan çıxarılmayacaq
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“İran zənginləşdirilmiş uranın bir zərrəsini belə, ölkədən çıxarmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib.
“Rusiyalı dostlarımıza məlumat vermişik ki, zənginləşdirilmiş uran İranda qalacaq və ondan özümüz istifadə edəcəyik”, - o bildirib.
Rezayinin sözlərinə görə, İran nüvə mühərrikli və sualtı gəmilərin layihələndirilməsi üçün zənginləşdirilmiş urana ehtiyac duyur.
O, həmçinin İranın elektron müharibə sahəsində ABŞ-yə məxsus dronları ələ keçirməyə və məhv etməyə imkan verən yüksək texnoloji səviyyəyə çatdığını iddia edib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi xəbərdarlıq edib ki, ABŞ-nin istənilən yeni hücumuna, o cümlədən onun uzaq ölkələrdə yerləşən hərbi bazalarına zərbələr endirilməklə cavab veriləcək.
Rezayi bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin başa çatmasını İranın əsas şərtlərindən biri kimi göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 11 Noyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















