Möhtəşəm yenilik! WhatsAppdakı bu funksiya artıq Instagramda da olacaq FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Instagram" istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir. Bunlardan biri məkanlarla bağlıdır. Belə ki, artıq olduğunuz yeri birbaşa mesajlar vasitəsilə paylaşa biləcəksiniz.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məkanlar yalnız bir saat ərzində aktiv olacaq.
"Real məkanı təkbətək söhbətlərdə və ya qrup söhbətlərində paylaşmaq olar, müddəti bir saatdan sonra bitir... Yalnız müəyyən söhbətin iştirakçıları sizin yerinizi görə bilərlər. Məkanınız digər çatlara yönləndirilə bilməz. Həmçinin, söhbətin yuxarı hissəsində xüsusi indikator olacaq, bu, özünüzün olduğu məkanı paylaşdığınızı xatırlatmaq üçündür. İstənilən vaxt yerinizi paylaşmağı dayandıra bilərsiniz", - deyə şirkətdən bildirilib.
"Instagram", həmçinin elan edib ki, istifadəçilər artıq "Direct"də özlərinə və ya başqalarına ləqəblər əlavə edərək adları fərdiləşdirə bilərlər.
"Bunun üçün çatın yuxarı hissəsindəki ada toxunub "Ləqəblər"i seçmək lazımdır. Ləqəblər yalnız sizin dialoqlarınızda görünəcək", - deyə tərtibatçılar vurğulayıblar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















