MOİK in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Birinci Liqanın liderlərindən biri ilə üz-üzə gələcəyik. 'Şahdağ Qusar' ağır komandadır. Çempionatın birinci turunda onlara məğlub olmuşduq”.
Bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Şahdağ Qusar”la qarşılaşacaq MOİK futbol komandasının baş məşqçisi İlham Yadullayev deyib.
“Hərbçilər”in çalışdırıcısı matça hazırlıq prosesindən, heyətdəki zədə problemlərindən və komandanın kubokdakı hədəflərindən söhbət açıb.
“Matça yaxşı hazırlaşmışıq. Kubok oyununa yüksək əhvalla çıxacağıq. Kubokdakı hədəfimizə gəlincə, mümkün qədər çox irəliləmək istəyirik. Çox istərdim ki, ən azı bu rəqibi mübarizədən kənarlaşdırıb Premyer Liqa komandası ilə üz-üzə gələk. Amma təəssüf ki, heyətimizdə zədəlilərin sayı çoxdur. Son oyunda da daha iki nəfər xəsarət aldı. Hərçənd sıraya dönənlər də oldu. İstənilən halda, meydana qələbə üçün çıxacağıq. Qismət nədirsə, o da olacaq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, MOİK - “Şahdağ Qusar” matçı oktyabrın 28-də Binə qəsəbə stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.
Baxış sayı:109
Bu xəbər 27 Oktyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















