Ərdoğan Sİ nin kibertəhdidlərə təsiri barədə məlumatlandırılıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Kibertəhlükəsizlik Şurasının toplantısı keçirilib və süni intellekt texnologiyalarındakı inkişafların kibertəhdidlərin xarakterinə, miqyasına və sürətinə təsirləri müzakirə edilib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"İclasda qlobal və regional geosiyasi proseslərin kibertəhlükəsizlik mühitinə təsirləri, beynəlxalq arenada baş verən aktual kibertəhlükəsizlik hadisələri və dəyişən təhdid dinamikaları hərtərəfli şəkildə müzakirə edilib", - məlumatda bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda süni intellekt texnologiyalarındakı inkişafların kibertəhdidlərin xarakterinə, miqyasına və sürətinə təsirləri barədə məlumat verilib:
"Türkiyənin rəqəmsal sahədəki suverenliyini gücləndirmək, kritik texnologiyalarda xaricdən asılılığı azaltmaq və milli texnologiya potensialını inkişaf etdirmək məqsədilə hazırlanan Rəqəmsal Suverenlik Strategiyası Kibertəhlükəsizlik Şurasına təqdim edilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 27 Oktyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















