“MOİK son vaxtlar yaxşı formada idi” amma 0:3 uduzdu...
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1-ci liqanın 9-cu turunda “Qaradağ Lökbatan” MOİK-i darmadağın edib (3:0).
Autsayderlər sırasında olan “Qaradağ Lökbatan”ın 3 xalı 3 qolla qazanması böyük maraq doğordu. Meydan sahibləri bu qələbə hesabına MOİK ilə aradakı xal fərqini də “əritdi”.
“Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə bu oyunla bağlı “Football-plus.az”a danışdı:
“MOİK son vaxtlar yaxşı formada idi. Kubokda “Sumqayıt”a qarşı yaxşı mübarizə aparmışdılar. Biz də oyuna ciddi hazırlaşmışdıq. Ciddi rəqiblərimizdən biridi. Bizim üçün önəmli oyun idi. Futbolçuları təbrik edirəm. Yaxşı mübarizə apardıq”.
ƏSƏD SEYİDOV
Baxış sayı:110
Bu xəbər 13 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















