Icma.az
close
up
RU
MOİKin baş məşqçisi: “Qarabağ”la Xənkəndidə keçirdiyimiz oyun həyatıma qızıl hərflərlə yazıldı AZƏRTAC

MOİKin baş məşqçisi: “Qarabağ”la Xənkəndidə keçirdiyimiz oyun həyatıma qızıl hərflərlə yazıldı AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı,21 dekabr, AZƏRTAC

“Xənkəndidə keçirilmiş oyun həyatıma qızıl hərflərlə yazıldı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mərkəzi Ordu İdman Klubunun (MOİK) baş məşqçisi Qəzənfər Abbasov 2023-cü ildə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”la Xankəndidə keçirilmiş oyunun ildönümü barədə danışarkən deyib.

Ötən il ilk dəfə Xənkəndiyə ayaq basdığına söyləyən çalışdırıcı buna görə xoşbəxt olduğunu bildirib: “Xankəndi və Şuşaya ilk dəfə ayaq basmaq inanılmaz hiss idi. Görüşdən bir gün öncə Şuşaya getdik. O torpaqların qoxusunu aldıq. Baş məşqçi olaraq komandamı ora aparmaq və “Qarabağ” kimi kollektivə qarşı oynamaq bizə əlavə stimul verdi. Futbolçularım və köməkçilərimin üzlərində olan sevinc hissi hələ də gözlərimin önündədir. Bizə bu anı yaşadan Prezident İlham Əliyevə, güclü Ordumuza təşəkkür edirik. Vətən uğrunda canından keçən şəhidlərimizin qanı hesabına indi həmin torpaqlara ayaq basırıq. Allah onlara rəhmət etsin, qazilərimizə can sağlığı versin”.

Mütəxəssis həmin oyunda futbolçularının “Qarabağ” kimi güclü komandaya qarşı layiqli mübarizə apardığını xatırladıb: “Qarabağ” Avropada Azərbaycanı yüksək səviyyədə təmsil edir. Futbolçularımın əzmkarlığı sayəsində rəqib komanda 90 dəqiqə ərzində müdafiəmizi yara bilmədi. Bu cür kollektivə qarşı sonadək oynamaq böyük güc tələb edirdi. Komandam bunu bacardı. Həmin atmosferi, meydandakı ab-havanı heç-vaxt unutmayacağam”.

Qeyd edək ki, Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırmışdı. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçında fərqlənən gənc hücumçu tarixi qolun müəllifi olmuşdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri