Icma.az
close
up
RU
MOK un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK un İcraiyyə Komitəsinin iclası keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 12-də Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. 

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iştirakçılarını gündəliklə tanış edib.

Gündəliyə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş “Süni intellekt (AI) və İdmanda innovasiya» müsabiqəsi, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalı, Olimpiya günü ilə bağlı və cari məsələlər daxil edilib. 

Çingiz Hüseynzadə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyindən danışıb: “10 il əvvəl bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə bu məsuliyyəti öz üzərinə götürərək, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. I Avropa Oyunlarını nümunəvi təşkil etməklə beynəlxalq qurumların etimadını qazandıq. Sübut etdik ki, Azərbaycan istənilən mötəbər idman tədbirinin keçirilməsi üçün ən etibarlı tərəfdaşdır. “Süni intellekt (AI) və İdmanda innovasiya” dünyada ilk dəfədir ki, təşkil olunur.”

Müsabiqədə iştirak üçün yaşı 18-dən yuxarı olan hər bir şəxsin müraciət etmək imkanı olduğunu qeyd edən Çingiz Hüseynzadə münsiflər heyətinin də müəyyənləşdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, münsiflər heyətinə Avropa və Türkiyə Olimpiya Komitəsindən, eləcə də ölkəmizdən nümayəndələr daxil edilib. Münsiflər heyətinə İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas, Türkiyə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Volkan Öner, I Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva, qızıl mükafatçısı Rəsul Çunayev və MOK-un nümayəndəsi Mehman Kərimov daxildir. İcariyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə Olimpiya günü ilə bağlı danışarkən qeyd edib, ki, iyunun 23-də Milli Olimpiya Komitəsində bununla bağlı tədbir təşkil olunacaq.

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov Bakı-2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş “Süni İntellekt (AI) və İdmanda innovasiya müsabiqəsi”nin təqdimatı ilə bağlı çıxış edərək müsabiqənin keçirilmə şərtləri barədə ətraflı məlumat verib.

I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Rəsul Çunayev və oyunların ulduz səfiri Tünzalə Ağayeva Bakı-2015 Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər.

İclasda həmçinin, Skopye-2025 EYOF-un missiya rəhbəri Vaqif Əliyev çıxış edərək İcraiyyə Komitəsinin üzvlərinə EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla bağlı məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri