MOKun vitseprezidenti İSSFnin nümayəndə heyətini qəbul edib FOTO İdman və Biz
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 19-da MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə səfərdə olan İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib.
İdman.biz xəbər verir ki, görüşdə İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibi Nasser Ayman Mayali, strategiya və proqramlar direktoru Mazen Diab, həmçinin millət vəkili, MOK-un İcraiyyə Komitəsinin üzvü və İSSF-nin “Qadın və İdmanda Gender Bərabərliyi” komitəsinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafı və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi barədə qonaqlara məlumat verib.
Baş katib Nasser Ayman Mayali, səmimi qəbula görə təşəkkür edərək, 2025-ci ildə Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarla bağlı müzakirələr aparıb və yarışların uğurla təşkil olunacağına inandığını bildirib.
Görüş zamanı İslam Həmrəyliyi İdman Assosiasiyası ilə əməkdaşlıq perspektivləri, gələcək layihələr və qarşılıqlı əlaqələr müzakirə edilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















