Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndə heyəti ilə Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu arasında işgüzar görüş baş tutub.
Nümayəndə heyətinin tərkibinə MAK-ın sədri Elçin Bayramov, Şura sədri Ramil Adıgözəlov, Şura üzvləri Aynura Abdülrəhimova və Adil Osmanov daxil olublar.
XQ xəbər verir ki, görüşdə Moldovada Azərbaycan diasporunun inkişafının əsas istiqamətləri, gənclərin ölkənin ictimai həyatında mövqeyinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.
MAK-ın sədri Elçin Bayramov Parlamentin sədri İqor Qrosunu seçkilərdəki qələbə münasibətilə təbrik edib, dövlət institutları ilə etno-mədəni təşkilatlar arasında konstruktiv dialoqun əhəmiyyətini vurğulayıb. O, diaspor təşkilatlarının bu cür müzakirələrdə iştirakının mədəniyyətlərarası anlaşmanı möhkəmləndirdiyini və inklüziv vətəndaş mühitinin formalaşmasına töhfə verdiyini deyib.
Tərəflər, həmçinin, Kişinyovda keçirilən Moldova Azərbaycanlı Gənclərinin II Forumunun əhəmiyyətinə toxunublar. MAK nümayəndələri forumun proqramını təqdim edib, tədbirin gənclərin birliyinin və fəallığının artırılmasında mühüm rol oynayacağını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















