Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Moldova mediası: İkinci Qarabağ müharibəsi Azərbaycanın təkcə hərbi Qələbəsi deyil, həm də tarixi dönüş nöqtəsi olub

Moldova mediası: İkinci Qarabağ müharibəsi Azərbaycanın təkcə hərbi Qələbəsi deyil, həm də tarixi dönüş nöqtəsi olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Kişineu, 26 sentyabr, AZƏRTAC

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalında İkinci Qarabag müharibəsinə dair geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, moldovalı jurnalistin müəllifi olduğu “İkinci Qarabağ müharibəsi 5 il sonra: Azərbaycanın qələbə yolu” sərlövhəli məqalədə ölkəmizin haqlı yolu barədə ətraflı məlumat verilib.

“Beş il əvvəl İkinci Qarabağ müharibəsi başladı və nəticədə Azərbaycan öz ata-baba torpaqlarının 30 illik işğalına son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Qeyd-şərtsiz qələbə müasir tarixdə nadir, tamamilə dondurulmuş hərbi münaqişənin sona çatmasına səbəb oldu. Bakı 30 ildir ki, sülh yolu ilə nizamlanmaya çalışsa da, Ermənistanla çoxsaylı danışıqlara cəhd etsə də, 2020-ci il sentyabrın 27-də 44 gün davam edən döyüşlər başlayıb”, - deyə məqalədə yazılıb.

Müəllif daha sonra yazır: “Otuz il ərzində ölkə sakinləri işğalı qəbul etməkdən boyun qaçıraraq öz ərazi bütövlüyünün bərpasında böyük əzmkarlıq nümayiş etdiriblər. Ötən əsrin 90-cı illərində doğma yurd-yuvasından didərgin salınmış bir milyona yaxın azərbaycanlı öz Vətəninə qayıdacağına inanmaqda davam etdi və Bakıda dəfələrlə qeyd edildiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə meydana çıxan vətənpərvər gənclər dövlətin müdafiəsinə hazır olduqlarını dəfələrlə nümayiş etdirdilər”.

Məqalədə qeyd olunur ki, Azərbaycan tam ərazi bütövlüyünü 2023-cü il sentyabrın 19-da, çoxsaylı təxribat aktlarına cavab olaraq, qeyri-qanuni erməni silahlı birləşmələrini tərksilah etmək üçün lokallaşdırılmış antiterror əməliyyatına başladıqdan sonra əldə etdi. Əməliyyat 24 saatdan az davam etdi və Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşunun bərqərar olması ilə yekunlaşdı.

“Azərbaycan hakimiyyəti Ermənistan əhalisinə inteqrasiya prosesində hər cür dəstəyi göstərməyə, o cümlədən sənədləşmə işləri, ölkənin səhiyyə və təhsil sistemlərinə çıxış imkanı verməyə başladı.

Müharibə başa çatdıqdan sonra Azərbaycan Qarabağın genişmiqyaslı yenidən qurulması proqramını həyata keçirməyə başladı. Sərhədin demarkasiyası, aktiv minatəmizləmə işləri, infrastrukturun, yolların, kommunikasiyaların, məktəblərin və tibb müəssisələrinin bərpasına başlanılıb.

Hazırda ətraf mühitin və dağılmış şəhərlərdə həyatın bərpasına xüsusi diqqət yetirilir. Artıq Füzuli, Zəngilan, Laçında hava limanları açılıb, sürətli dəmir yolu və avtomobil yolları çəkilir, “ağıllı şəhər” prinsipi əsasında yaşayış evləri və yeni şəhərciklər salınır. Keçmiş köçkünlərin ailələri fəal şəkildə Qarabağa qayıdırlar.

Bu il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın iştirakı ilə Birgə Bəyannamənin imzalanması mərasimi keçirilib. ABŞ, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birgə reallaşdırmaq üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayıb. Ağ Evin məlumatına görə, Azərbaycan-Ermənistan “sülh üçün yol xəritəsi” çoxdan gözlənilən tranzit marşrutu yaradır və iki ölkənin Vaşinqtonla ikitərəfli münasibətlərini dərinləşdirir. İkinci Qarabağ müharibəsi Azərbaycanın təkcə hərbi Qələbəsi deyil, həm də tarixi dönüş nöqtəsi olmuşdur. Qarabağ üzərində nəzarəti bərpa etməklə ölkə XX əsrin sonlarından bəri davam edən münaqişəyə son qoydu. Bu gün çoxmillətli Azərbaycan gələcəyə Qarabağda həyatı bərpa etmək, etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına sülh və firavanlıq təmin etmək niyyəti ilə baxır”, deyə müəllif məqalədə yazır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri