Moldova Rusiyaya aid qaz şirkətini milliləşdirir
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Moldovanın baş naziri Dorin Reçan Rusiyanın “Qazprom” şirkətinə məxsus olan “Moldovaqaz”-ın milliləşdirilməsi üçün qanunvericilik işlərinə başlanılması barədə göstəriş verib .
Teleqraf.com xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumatda o da qeyd edilib ki, Reçan “Qazprom”-un ölkəyə qaz nəqlini dayandırmaq qərarından narazı qalıb. Hökumət başçısı Kişinyovun borcu ödəməyə borclu olmadığını deyib.
“Beynəlxalq audit göstərdi ki, heç bir borc yoxdur. Ola bilsin ki, bu pul səyahət və yaxtalara xərclənib, lakin bu borcun Moldova vətəndaşlarının çiyninə yüklənməsi qəbuledilməzdir”, - Reçan bildirib.
O, həmçinin Rusiya tərəfindən mövcud vəziyyəti enerji şantajı adlandırıb.
Baxış sayı:68
Bu xəbər 30 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















