Icma.az
close
up
RU
Moldovanın ətraf mühit naziri: COP29dan əsas gözləntimiz maliyyə resurslarını səfərbər etmək üçün səylərin artırılmasıdır

Moldovanın ətraf mühit naziri: COP29dan əsas gözləntimiz maliyyə resurslarını səfərbər etmək üçün səylərin artırılmasıdır

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Yeni Kollektiv Kəmiyyət Məqsədi 2050-ci ilə qədər iqlim dəyişiklikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsi və qlobal iqlim neytrallığına nail olmaqda inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Moldova Respublikasının ətraf mühit naziri Sergey Lazarenku bildirib.

- Bakıda keçiriləcək COP29-dan gözləntiləriniz?

- COP29-dan əsas gözləntilər maliyyə resurslarının səfərbər edilməsi üçün tərəflərin səylərinin artırılması və Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən edilməsi ilə bağlıdır. Bu məqsəd 2050-ci ilə qədər iqlim dəyişiklikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsi və qlobal iqlim neytrallığına nail olmaqda inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir.

- Ölkələrin iqlim prioritetləri necə olmalıdır və bu kontekstdə Moldovanın əsas məqsədləri nədən ibarətdir?

- Moldova Respublikası Milli səviyyədə müəyyən edilən ilk Töhfəni (MSMT) hələ 2015-ci ildə işləyib hazırlamışdı, sonradan o, 2020-ci ildə yeniləndi və bununla da daha iddialı hədəflər qoyuldu - 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 70 faiz azaltmaq, qeyd-şərtsiz hədəfi 64 faizdən 67 faizə qədər, şərti hədəfi isə 78 faizdən 88 faizə qədər artırmaq. Hazırda qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5°C-ə qədər məhdudlaşdırmaq məqsədinə uyğun olaraq daha iddialı hədəflər qəbul etmək üçün ölkələrlə təzyiq artır. Moldova Respublikası tərəfdaşları ilə birlikdə yenilənmiş MSMT və 2025-ci ilin fevralına qədər daha iddialı hədəflərin qoyulması üzərində işləyir.

Bütövlükdə isə, ölkələrə təmiz enerjiyə keçidin sürətləndirilməsi, uyğunlaşma və davamlı inkişaf, qlobal karbon bazarlarının formalaşdırılması və mexanizmlərinin işlənib hazırlanması, itkilərin və zərərlərin kompensasiyası məsələsinin həlli, o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafına şərait yaradan normativ-hüquqi bazasının hazırlanması üçün maliyyə alətlərinin tətbiqində dəstək göstərmək son dərəcə vacibdir. Milli enerji və iqlim planlarının işlənib hazırlanması, təhlil və enerji modelləşdirməsi daha bir prioritetdir. İqlim məqsədlərinə nail olmaqda özəl sektor mühüm rol oynamalıdır.

- Qlobal yaşıl transformasiya mümkündürmü və bu yolda hansı problemlər dayanır?

- Uğurlu qlobal yaşıl keçid aydın şəkildə müəyyən edilmiş iqlim siyasətindən, strategiyalardan, milli fəaliyyət planlarından və istixana qazı emissiyalarının effektiv modelləşdirilməsindən asılıdır. Yaşıl texnologiyaların mənimsənilməsi, davamlı sənaye və nəqliyyat metodlarının təşviq edilməsi və çirklənmənin azaldılmasında ölkələrə dəstəyin göstərilməsi həlledici əhəmiyyətə malikdir.

- COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin yeni səviyyəsini təmin edəcəkmi?

- Moldova Respublikasının COP29-dan gözləntilərindən biri beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ümumi iqlim problemlərini həll etmək inkişaf etmiş və ya inkişaf etməkdə olan digər ölkələrlə tərəfdaşlıq əlaqələrinin qurulması və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona uyğunlaşmaq üçün səyləri dəstəkləmək məqsədilə inkişaf tərəfdaşlarını müəyyən etməkdir. Bu tərəfdaşlıqlar 2050-ci ilə qədər dayanıqlı, aşağı emissiyalı iqtisadiyyatlara keçid və qlobal iqlim neytrallığına nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir. Dünya iqlimi elmi nöqteyi-nəzərindən böhran mərhələsindədir. Nəticələrin yumşaldılması, uyğunlaşma, maliyyələşmə və ədalət üzrə konkret tədbirlər görmək üçün siyasi iradə Tərəflərin bu Konfranslarında sınaqdan keçiriləcək. Əsas nəticələr danışıqçıların hökumətlərdən tutmuş müəssisələrə, həssas icmalara qədər müxtəlif maraqlı tərəflərin maraqlarını balanslaşdırmaq bacarığından asılı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Noyabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see143

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see138

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see117

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri