Icma.az
close
up
RU
Siyasi partiya təmsilçilərinin Qarabağa səfəri: siyasi dialoq mühiti və demoktratik ənənə

Siyasi partiya təmsilçilərinin Qarabağa səfəri: siyasi dialoq mühiti və demoktratik ənənə

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, həmçinin media nümayəndələri növbəti dəfə Qarabağa səfər ediblər. Sayca 7-ci olan səfərdə 24 siyasi partiyanın sədri, ümumilikdə 70 nəfər iştirak edib.
Siyasi partiya təmsilçiləri Füzuli rayonunda ANAMA-nın həyat keçirdiyi minatəmizləmə prosesini izləyiblər. Sonra Cəbrayılda işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhəri yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb, eləcə də şəhərin baş planı ilə tanışlıq olub. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı haqqında geniş məlumat verilib. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, layihələrin rəhbəri cənab Prezidentdir və hər kəs bura toplanıb ölkədə gedən quruculuq, abadlıq işlərini öz gözləri ilə görürlər: “Sizin yaşayışınızı, dağılmış evləri, minalardan təmizlənmiş və təmizlənməmiş əraziləri görürlər. Fantastik işlər görülür”.
Siyasi partiya sədrlərinin Zəngilanın Məmmədbəyli kəndi, şəhər məscidi, konqres mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən Zəngilan su elektrik stansiyasına ekskursiyalar da təşkil olunub. İşğaldan azad olunmuş ərazilərə səfər, etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət edən təşəbbüs kimi dəyərləndirilib.
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib: “Azərbaycanda sağlam partiyalaşma prosesi gedir, dialoq mühiti hökm sürür, o cümlədən bu da çox vacib məsələdir. Həm partiyalara olan diqqətdir ki, partiya rəhbərləri gəlirlər, həm ermənilərin cinayətlərinin izini görürlər, eyni zamanda tikinti işləri ilə tanış olurlar”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Son zamanlar Azərbaycanda siyasi partiyaların arasında münasibət, siyasi partiyalar ilə hakimiyyət arasında münasibət, dialoq mühiti çox yüksək səviyyədədir. Bu dialoq mühitinin yaradılması üçün cənab Prezidentin xüsusi rolunu qeyd etmək lazımdır. Eyni zamanda, Prezident Administrasiyasının siyasi partiyalarda qanunverici hakimiyyət şöbəsinin xüsusi rolu olub və siyasi təşkilatların böyük əksəriyyəti bu prosesdə fəal iştirak ediblər”.
Qeyd edək ki, siyasi partiya sədrlərinin Qarabağ və Şərqi Zəngəzura birgə səfərləri artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Bununla da Prezident İlahm Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində etibarlı münasibətlərin təməli daha da möhkəmləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri