Mollazadə: Erməni diasporası ilə korrupsiya əlaqələrində olan dairələr faktları təhrif edir
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Asim Mollazadə
“Azərbaycan prezidenti dekabrın 24-də Ağdam şəhərində çıxışı zamanı haqlı olaraq bildirdi ki, Qərb dairələri Azərbaycan ərazilərindən öz istəkləri ilə çıxan ermənilərin guya qovulduğunu və zorla çıxarıldığını iddia edir, onların geri qaytarılmasını tələb edirlər. Mən hesab edirəm ki, bu dairələr dedikdə konkret olaraq erməni diasporası ilə korrupsiya əlaqəsində olan siyasətçilər nəzərdə tutulmalıdır. Məhz həmin qüvvələr Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır, faktları təhrif edirlər. Çünki bu dairələr - xüsusən də erməni diasporası - bölgədə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını istəmir. Gərginlik onların siyasi və maliyyə maraqlarına xidmət edir, onlar bundan qazanc əldə edirlər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin Ağdam şəhərində sakinlərlə görüş zamanı etdiyi çıxışı şərh edərkən deyib.
Mollazadə vurğulayıb ki, Qarabağdan ermənilərin zorla çıxarıldığını iddia edən diaspora və onunla əlaqəli siyasətçilər əslində erməni xalqını girov kimi saxlamağa çalışırlar: “Bu səbəbdən saxta erməni dövlətçiliyi uydururlar. Onların fəaliyyəti yeni deyil - həmin dairələr tarixən türkə nifrət üzərində kökləniblər. Ancaq onların Azərbaycana qarşı apardığı bu kampaniya erməni xalqının mənafeyi üçün deyil, öz maddi qazanc məqsədlərinə xidmət edir”.
Deputat əlavə edib ki, Ermənistan daxilində də revanşist qüvvələr fəaliyyət göstərir və zaman-zaman bəyanatlar səsləndirirlər: “Onlar öz davranışları ilə sanki sabah hakimiyyətə gəlsələr, yenidən Azərbaycan torpaqlarını işğala cəhd göstərəcəklərinə dair görüntü yaradırlar. Bu qanunsuz və nifrət bəsləyən siyasi xəttlə onlar erməni xalqı arasında öz mövcudluqlarını qorumağa çalışırlar”.
Partiya sədri əlavə edib ki, Azərbaycanın dövlət başçısının səsləndirdiyi “Suverenliyimizin, təhlükəsizliyimizin və müstəqilliyimizin qarantı xalqımızın birliyi və Silahlı Qüvvələrimizdir” fikri təsadüfi deyil və Azərbaycanın suverenliyinə qarşı yönələn hər hansı addıma adekvat cavab veriləcək.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















