“Monako”nun kapitanı dünyanın ən yaxşı futbolçusunu açıqladı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Monako”nun kapitanı Denis Zakaria “Barselona”nın hücumçusu Lamin Yamalı dünyanın ən yaxşı futbolçusu hesab edir.
İdman.Biz xəbər verir ki, isveçrəli yarımmüdafiəçi bu barədə “Zack en Roue Libre” verilişində danışıb.
“İspaniya millisinə qarşı oynamaq həmişə kabusdur. Onlar topu sizə vermirlər və daim qaçmağa məcbur edirlər. Belə komandaya Lamin Yamal kimi futbolçular əlavə olunanda vəziyyət daha da çətinləşir. O, dünyanın ən yaxşı futbolçusudur”, - deyə Zakaria bildirib.
29 yaşlı futbolçu “Real Madrid”in hücumçusu Kilian Mbappenin də yüksək səviyyəsini etiraf etsə də, oyununu izləməkdən ən çox zövq aldığı futbolçular sırasında onun adını çəkməyib.
“Mbappe müstəsna futbolçudur və dünyanın ən yaxşıları arasındadır. Amma oyununa baxanda məni heyrətləndirən iki futbolçunun adını çəkməli olsam, Maykl Olise və Lamin Yamalı seçərdim. Onları izləyəndə futboldan xüsusi zövq alıram. Onlar oyuna əlavə gözəllik qatırlar”, - deyə yarımmüdafiəçi qeyd edib.
Zakaria PSJ-nin hücumçusu Usman Dembeleni də yüksək qiymətləndirib:
“Dembele də müstəsna futbolçudur. Onun ötən mövsümü inanılmaz idi. O, “Qızıl top”a yüz faiz layiqdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Noyabr 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















