Gəncədə “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə, 13 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi, nazirliyin Fizika İnstitutu, AMEA və Akademiyanın Gəncə Bölməsi tərəfindən təşkil olunan tədbirdə akademik Maqsud Əliyevin elmi fəaliyyətindən bəhs edilib. Vurğulanıb ki, alim klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olub.
Əməkdar elm xadimi 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.
Yerli və xarici alimlərin fizika elminin inkişafı ilə bağlı məruzələrini səsləndirdiyi konfrans sabah da davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















