Icma.az
close
up
RU
“Dəyərlər və identikliyin fəlsəfi problemləri” beynəlxalq elmi konfrans AZƏRTAC

“Dəyərlər və identikliyin fəlsəfi problemləri” beynəlxalq elmi konfrans AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş “Dəyərlər və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fəlsəfə elminin meydana gəlməsi, tarixi, inkişaf yolu, məqsəd və vəzifələri haqqında danışıb. Akademik İsa Həbibbəyli qədim yunan filosofları Platonun idealist və Aristotelin materialist fəlsəfi düşüncəsinin əsrlərdən bəri şüurlara hakim kəsildiyini, bu iki istiqamətin fəlsəfə elminə istiqamət verərək onu çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdirdiyini deyib.

AMEA rəhbəri çıxışında Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının son dövrlərdə “Milli identiklik”, “Milli fəlsəfə konsepsiyası”, “Sufi fenomenologiyası” və digər mövzularda apardıqları aktual tədqiqatları yüksək qiymətləndirib.

Sonra çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Ümumdünya Fəlsəfə Gününün tarixi barədə məlumat verib, bu əlamətdar günün təsis olunmasında başlıca məqsədin fəlsəfənin cəmiyyətlərdə oynadığı əhəmiyyətli rolu qeyd etmək, insanlar arasında fəlsəfi düşüncə mədəniyyətini təşviq etmək olduğunu bildirib.

Niderlandda yerləşən SOTA Elmi Mərkəzinin baş direktoru Mehmet Tütünçü isə çıxışında ötən əsrin sonlarında ölkəmizə səfərlərindən, birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyü işlərdən danışıb. O, 2020-ci ildə Azərbaycanın haqq savaşında əldə etdiyi tarixi Zəfəri böyük sevinc və qürur hissi ilə qarşıladıqlarını vurğulayıb.

Tədbirdə “Qələbə, dəyərlər və identiklik”, “Müasir dünyada identiklik konsepsiyası”, “Türk milli kimliyi”, “Heydər Əliyevin dövlətçilik təlimində milli özünüdərk, milli kimlik və mənəvi dəyərlər”, “İdentiklik fəlsəfə və tarix arasında: XIX-XX əsrlərdə Tunisdə italyan icmasının nümunəsi əsasında”, “Sufi fenomenologiya yeni dövrün fəlsəfəsi kimi”, “Gələcək şəxsiyyətin fəlsəfi dərki”, və digər mövzularda məruzələr dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri