Monteneqroda iki keçmiş nazir həbs olunub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Podqoritsa, 13 dekabr, AZƏRTAC
Monteneqroda iki keçmiş kənd təsərrüfatı naziri korrupsiya ittihamı ilə həbs edilib.
AZƏRTAC xəbər verir ki, Monteneqronun Xüsusi Dövlət Prokurorluğu iki keçmiş kənd təsərrüfatı naziri - Petar İvanoviç və Milutin Simoviç barəsində həbs qətimkan tədbiri seçib. Keçmiş nazirlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir, eyni zamanda, Monteneqro dövlətinə yüz minlərlə avroya başa gələn vəsaitləri seçilmiş qeyri-hökumət təşkilatlarına yönəltməkdə ittiham olunurlar.
Qeyd edək ki, Milutin Simoviç 2016-2020-ci illərdə Baş nazirin müavini və kənd təsərrüfatı naziri olub.
Nazirlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş dövlət katibi, Maliyyə, Mühasibat uçotu və Dövlət Satınalmaları Departamentinin keçmiş rəhbəri Nemanya Katniç də həbs edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















