Monteneqroda dava: iki azərbaycanlıya hökm oxundu
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Monteneqroda “Zabyelo insidenti” ilə əlaqədar məhkəmə iki azərbaycanlıya hökm oxuyub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Elçin Musayev və Cəlal Musayev Podqoritsa Məhkəməsində birinci instansiya qərarı ilə zorakılıq hərəkəti törətməkdə günahkar bilinərək iki il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə qərarına əsasən, Musayevlər keçən ilin oktyabr ayında Podqoritsa şəhərinin Zabyelo qəsəbəsindəki “Komanka” kafesinin qarşısında qrup halında Marko Yaçimoviçə hücum edərək onu yerə yıxıb və ona bir neçə yumruq, ayaq və bıçaq zərbəsi endiriblər.
Hakim Borko Lonçar tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilənlərə eyni zamanda ölkədən beş il müddətinə çıxarılma cəzası da tətbiq olunub və bu müddət hökmün hüquqi qüvvəyə minməsindən hesablanacaq.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Monteneqronun paytaxtı Podqoritsada kütləvi iğtişaş baş verib. İnsident şəhərin Zabjelo rayonunda baş verib. Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup Türkiyə və Azərbaycan vətəndaşları ilə mübahisə edib, dava zamanı bıçaqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Mart 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















