Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov Ehtiram Quliyevin yerinə namizəd olub-olmaması ilə bağlı ünvanlanan suala münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, o qeyd edib ki, vəzifəyə Ehtiram Quliyevin dəvəti ilə gəlib:
"Bürokratik baxımdan belə görünə bilər ki, sədr gedirsə, onun müavini yerində qalır. Amma burada bəzi məqamlar nəzərdən qaçırılır. Mən bu vəzifəyə Ehtiram müəllim tərəfindən təyin olunmuşam. Mövsüm başa çatdıqdan sonra o, məni bu vəzifəyə dəvət edib. Hamı elə düşünür ki, sponsor gəldiyi üçün mən təyin olunmuşam. Xeyr, mən gələndə hələ sponsor yox idi. Sponsor sonradan gəlib. Mən bura məhz Ehtiram müəllimə görə gəlmişəm”.
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara cavab verib:
"Ehtiram müəllim nə qədər oradadırsa, biz də oradayıq. Ehtiram müəllim orada yoxdursa, biz də yoxuq”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Oktyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















