Moody’s : Azərbaycanın bank sektoru xarici şoklara qarşı həssaslığını azaldıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Son illərdə regionun aparıcı iqtisadiyyatları – Qazaxıstan, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarını şaxələndirmək və dayanıqlığını artırmaq üçün mühüm nailiyyətlər əldə ediblər".
"APA-Economics" xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentlik qeyd edib ki, əksər regional bank sistemləri orta səviyyəli şoklara davam gətirmək üçün əhəmiyyətli ehtiyatlar toplayıblar: "Pandemiyadan sonra və 2014–2015 valyuta böhranından sonra sərtləşdirilən tənzimləmə tədbirləri bank sektorunda dollarlaşma səviyyəsini azaldıb və bu da onların xarici şoklara qarşı həssaslığını azaldıb".
"Moody’s" əlavə edib ki, regionun korporativ sektorunda əksəriyyəti iri və dövlətə məxsus olan reytinqli şirkətlər sağlam maliyyə göstəriciləri, yüksək likvidlik və dövlət dəstəyinin köməyi ilə bu iqtisadi qeyri-müəyyənliyi idarə edə biləcək vəziyyətdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















