Icma.az
close
up
RU
“Moody’s” Fransanın kredit reytinqini mənfi proqnozla saxlayıb

“Moody’s” Fransanın kredit reytinqini mənfi proqnozla saxlayıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 26 oktyabr, AZƏRTAC

Beynəlxalq reytinq agentliyi “Moody’s” Fransa üçün gözlənilən qərarını açıqlayıb. Agentlik ölkənin kredit reytinqini dəyişmədən saxlayıb, lakin proqnozunu “sabit”dən “mənfi”yə endirib. Qərar Fransa hökumətinə hələlik bir qədər rahat nəfəs almaq imkanı versə də, ciddi bir xəbərdarlıq xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, “Moody’s”in qərarı, “Fitch” və “Standard & Poor’s” (S&P) kimi digər beynəlxalq reytinq agentliklərinin son aylarda Fransa reytinqini endirməsindən sonra diqqətlə izlənilirdi. Bir çox analitik “Moody’s”dən də oxşar addım gözləyirdi, lakin agentlik ölkənin reytinqini AA3 (yaxşı keyfiyyətli borc kateqoriyası) səviyyəsində saxlayıb. Bununla belə, proqnozun “mənfi”yə endirilməsi ölkənin maliyyə və siyasi sabitliyinə dair artan risklərin göstəricisidir.

Fitch (12 sentyabr) və S&P (ötən həftə) artıq Fransa reytinqini A+ səviyyəsinə, yəni “orta-yüksək keyfiyyətli borc” kateqoriyasına endirib.

“Moody’s” qərarını əsaslandıraraq bildirib ki, bu dəyişiklik Fransada idarəetmə və institusional sabitliyin zəifləməsi ilə bağlı artan riskləri əks etdirir. Agentlik Fransa siyasi sistemində davamlı parçalanma təhlükəsinin mövcud olduğunu qeyd edir. “Əgər hökumət iqtisadi problemləri effektiv şəkildə tənzimləyən qanunlar qəbul edə bilməzsə, bu, ölkənin institusional dayanıqlığını zəiflədəcək”, - deyə “Moody’s” xəbərdarlıq edib.

Agentlik həmçinin bildirir ki, xərcləri azaltmaq və gəlirləri artırmaq üçün effektiv tədbirlər görülmədiyi təqdirdə, büdcə kəsiri gözləniləndən daha geniş və davamlı ola bilər.

Fransanın iqtisadiyyat, maliyyə və sənaye suverenliyi naziri Roland Lekür “Moody’s”in qərarını nəzərə aldıqlarını bildirib və büdcə kompromisi üçün kollektiv yol tapmağın vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, hökumət 2025-ci il üçün ÜDM-in 5,4 faizi səviyyəsində nəzərdə tutulan büdcə kəsiri hədəfinə sadiq qalır və 2029-cu ilə qədər bu göstəricini 3 faizdən aşağı salmaq niyyətindədir. Bununla yanaşı, hökumət iqtisadi artımı qorumağa da qərarlıdır.

“Moody’s”in qərarı Fransa üçün hələlik reytinqin endirilməsinin qarşısını alsa da, “mənfi” proqnoz büdcə intizamı, siyasi sabitlik və islahatların davam etdirilməsi baxımından ciddi xəbərdarlıqdır.

Analitiklər bildirirlər ki, növbəti aylarda Fransa parlamentində aparılacaq büdcə müzakirələri və islahatların tempi ölkənin gələcək reytinqinə birbaşa təsir göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2052

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see224

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see159

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see128

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri