“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Baa3” kredit reytinqini “müsbət” proqnozla təsdiqləyib.
Beynəlxalq reytinq agentliyinin hesabatında ölkəmizin bank sistemində aparılan prudensial siyasət və tətbiq olunan requlyativ kapital tələbləri yüksək qiymətləndirilib: “Nəzarət çərçivəsinin və prudensial tənzimləmənin beynəlxalq standartlara uyğunluğunun təkmilləşdirilməsi bank sektorunun dayanıqlılığını gücləndirən əsas amillərdəndir. Tətbiq olunan kapital tələbləri bankların ödəmə qabiliyyətini artırır”.
Eyni zamanda, agentlik Azərbaycanda Bazel III çərçivəsində yeni kapital buferlərinin tətbiq edildiyini, Bazel III standartlarına tam uyğunluğun isə 2027-ci ildə təmin olunmasının gözlənildiyini qeyd edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:318
Bu xəbər 10 Avqust 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















