“Moody’s” Fransanın kredit reytinqi üzrə dövri qiymətləndirməsini başa çatdırıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Moody’s” Fransanın kredit reytinqi üzrə dövri qiymətləndirməsini başa çatdırıb.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” Fransanın kredit reytinqi üzrə dövri qiymətləndirməsini başa çatdırdığını açıqlayıb.
Agentliyin bəyanatında Fransanın “Aa3” səviyyəsində olan kredit reytinqinin zəngin və şaxələndirilmiş iqtisadiyyatı, eləcə də güclü dövlət institutları ilə dəstəkləndiyi bildirilib. Bununla yanaşı, parlamentdə parçalanma, siyasi və sosial qeyri-sabitlik, yüksək və artmaqda davam edən borc yükü, habelə borca xidmət göstəricilərinin zəifləməsi ölkənin kredit qabiliyyəti qarşısında duran əsas çətinliklər kimi göstərilib.
Bəyanatda əvvəlki qiymətləndirmədən bəri iqtisadi artımın yavaşlaması və büdcə kəsirinin artması səbəbindən Fransanın borc yükünün gözləntiləri üstələdiyi qeyd olunub.
Həmçinin bu müddətdə dövlət istiqrazlarının gəlirliliyinin gözləniləndən daha sürətlə artdığı vurğulanıb. Bundan əlavə, büdcə xərclərinin azaldılması istiqamətində səyləri məhdudlaşdıra biləcək genişmiqyaslı sosial etirazların başladığına diqqət çəkilib.
Agentliyin açıqlamasında bildirilib: “Aa3 reytinqi 2027-ci il üçün büdcə kəsirinin azaldılmasını nəzərdə tutan büdcənin qəbul ediləcəyi, maliyyələşdirmə xərclərinin və ictimai gərginliyin isə qarşıdakı bir neçə ay ərzində müəyyən qədər azalacağı fərziyyəsinə əsaslanır”.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















